Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin əməkdaşlarına təlimlər keçirilib.
2024-07-02 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO) ilə birgə Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzində torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair təlimlər təşkil olunub.
AXA əməkdaşları tərəfindən keçirilən təlimdə iştirakçılara torpaqların aqrokimyəvi analizlərinin müasir üsullarla aparılması, həmçinin mövcud cihaz və laboratoriya avadanlıqlarda işləmə qaydaları barədə ətraflı məlumatlar verilib.
Təlim müddətində gələcəkdə birgə laboratoiyaya dair təlimlərin təşkili, əməkdaşların bu istiqamətdə bilik və bacarıqlarının artırılması imkanları barədə müzakirələr aparılıb.