Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən bölgələrdə monitorinqlərə başlanılıb
2024-08-26 00:00:00
Aqrar Xidmətlər Agentliyinin texniki nəzarət üzrə mütəxəssisləri tərəfindən texniki cəhətdən nasaz, dövlət texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatından yayınan texnikaların aşkarlanması, həmçinin texnika istifadəçilərinin yerində maarifləndirilməsi məqsədi ilə bölgələrdə monitorinqlərə başlanılıb. İlk monitorinqlər Abşeron, Goranboy, Qazax və Qusar rayonlarında həyata keçirilib. Qeyd olunan rayonlarda keçirilən monitorinqin nəticələrinə əsasən texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar tərtib olunub. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq texniki cəhətdən nasaz olan texnikaların istifadəsinin qadağan olunması barədə xəbərdarlıq edilib və texnika istifadəçiləri maarifləndirilib.
Şamaxı rayonunda xüsusi təhlükəli x...