Aqrar Xidmətlər Agentliyində “Yanğın Təhlükəsizliyi” mövzusunda təlimlər keçirilir
2024-09-18 00:30:00
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) baş texniki əmək müfəttişi Ramiz Hacıyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirmişdir.
Təlimdə daxili yanğın su kranlarının, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının, ilkin yanğınsöndürmə vasitələrindən istifadə, yanğın zamanı təxliyə barədə Agentlik əməkdaşlarına ətraflı məlumat verilib.
Həmçinin, əməkdaşlarla yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliyə dair söhbət aparılıb, yаnğın təhlükəsizliyi qаydаlаrının tələblərinin pоzulmаsınа görə əməkdaşların daşıdıqları məsuliyyət izah olunub.
Təlimin keçirilməsində məqsəd kollektivə yanğın təhlükəsizliyinin, o cümlədən yanğın zamanı təxliyə qaydalarının aşılanması olub.
Agentliyin əməkdaşları üçün “Yanğın Təhlükəsizliyi” mövzusunda təşkil olunan təlimlər davam etdirilir.