Mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinin nəzərinə!
2025-01-07 00:00:00
“Yol hərəkatı haqqında” qanunun tələblərini yerinə yetirilməsi üçün traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışa təqdim edilməsi məcburidir.
Qeyd edilən nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs) onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur!
Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:
- nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- icbari sığorta şəhadətnaməsi;
- utilizasiya haqqının ödənilməsi barədə sənədlər.
Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddət əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olunur.
Dövlət rüsumu- traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 15 mаnаt
TEXNİKİ BAXIŞDAN KEÇMƏYƏN NƏQLİYYAT VASİTƏLƏRİNİN İSTİSMARI QADAĞANDIR!
Aqr