Seleksiya nailiyyətlərinin sınağı və qeydiyyata alınmasına dair Ekspert Komissiyasının iclası keçirilib
2025-01-24 00:00:00
Seleksiya nailiyyətlərinin sınağa qəbul edilməsi və qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Komissiyasının onlayn iclası keçirilib. İclasda Aqrar Xidmətlər Agentliyinə təqdim olunan və aparılan ekspertizaların nəticələrinə əsasən Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyata alınması üçün namizəd seleksiya nailiyyətlərinin siyahısı müzakirə olunub. Yekunda 265 sort və hibridin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrində qeydiyyata alınması barədə qərar qəbul olunub. İclasda bundan sonra da sort-sınaq işlərinin aparılmasına nəzarətin daha da gücləndirilməsi barədə tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin nəzarət ilə həyata keçirilən yeni seleksiya nailiyyətlərinin sınağının məqsədi ölkədə həm məhsuldarlığa, keyfiyyətə, xəstəlik və zərərvericilərə davamlı sortları təsbit etmək, həm də həmin sortların Dövlət Reyestrinə daxil olmasını təmin etməklə onların patent hüquqlarını qorumaqdan ibarətdir.
Aqrar Xidmətlər Agentliyi Həmkarlar...
2020-08-17 00:00:00