Aqrar Təlim Mərkəzi tərəfindən “100 kənddə 100 təlim”- informasiya kampaniyası davam etdirilir.
2022-10-26 10:50:20
Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyası davam edir. “100 kənddə 100 təlim” adı altında keçirilən növbəti təlim Yevlax rayonunun Ərəş, Ərəbbəsrə, Kövər, Malbinəsi, Qoyunbinəsi, Nemətabad, Xaldan, Xanabad kəndlərində və Aran qəsəbəsində baş tutub. Təlimlərdə fermerlərə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq əkinlər zamanı aqrotexniki tədbirlərin düzgün təşkili, taxıl əkininin texnoloji xəritəsi, aqrotexniki tədbirlərin ardıcıllığı, səpin və gübrə norması, aqrokimyəvi analizin fermerlərə verdiyi üstünlüklər, sertifikatlı toxumdan istifadənin məhsuldarlığı müsbət təsiri, növbəli əkin sistemi, taxıl sahələrində xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizənin təşkili və digər aktual mövzularda məlumatlar verib, onları maraqlandıran suallara aydınlıq gətirilib. Sonda fermerlərə maarifləndirici materiallar təqdim olunub.
Hazırda bölgələrdə fermerlərin maarifləndirilməsi davam etdirilir.