Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri kənd təsərrüfatı texnikalarına baxış keçirib
2020-10-28 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Azərpambıq ASK" MMC-nin Sabirabad filialında pambıgın yığımı və daşınmasında istifadə olunan texnikaların qrafikə uygun olaraq istismar qaydalarına riayət edilməsi ilə əlaqədar texniki baxışı kecirilib.Tədbirdə texnikaların daim istismara yararlı vəziyyətdə saxlanılması MMC-nin rəhbərliyinə tövsiyə olunub, 50-dən artıq özüyeriyən texnikalar və pambıqın daşınması ücün nəzərdə tutulan qoşqularına dövlət texniki baxışı həyata keciriib, həmçinin bir neçə texnika dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir.
Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarənməsuliyyətə cəlb olunmur.
Şirvanda heyvanlar arasında peyvənd...