Cücələri qanlı ishaldan (koksidoz) necə qorumalı-Mütəxəssis tövsiyəsi
2020-10-29 00:00:00
Quşçuluq sahəsində daha çox rast gəlinən xəstəliklərdən biri də “qanlı ishal”dır (koksidoz). Bu xəstəlik zamanı cücələrin həzm sistemi pozularaq onların inkişafına mənfi təsir göstərən prosesdir. İshal səbəbləri müxtəlifdir: bakteriyalar, viruslar, bağırsaq parazitlər və sair. Unutmayaq ki, bütün canlılar kimi cücələrin də immuniteti zəif olduğu üçün onlar bu cür xəstəliklərə tez yoluxurlar.
Kliniki əlamətləri. Ən geniş yayılmış parazitar xəstəlikdir. Xüsusən 90-günlüyə qədər yaşı olan cücələri yoluxdurur. Yüksək ölüm faizi ilə xarakterizə edilir. Yoluxmanın əsas mənbəyi xəstə və xəstəlik keçirmiş quşlardır. Xəstə quşlarda lələklər pırpızlaşır, qanadlar sallanır, baş arxaya əyilir, gözlər yumulur. İnkubasiya dövrü 4-7 gün. Xəstəlik ümumi zəyiflik və yanqı ilə diqqət çəkir.
İshal zamanı cücələr zəifləyir, iştahası, çəkisi kəskin azalır, suya tələbatı artır. Əgər ishalın səbəbi infeksiyadırsa hətta böyük quşlar da tələf ola bilər.
Həmçinin quşun zılında qan izləri görünür. Quşlarda qanlı ishal birdən-birə baş vermir. Əvvəlcə qan ləkəsi olmadan qəhvəyi rəngli qarıngetmə baş verir. Bu zaman artıq böyük ehtimal, quşlar koksidiya adlanan parazitlərə yoluxublar.
Zılı selikli, qanla qarışıq olur. Xəstəlik 3-4 gün davam edir, bundan sonra çox vaxt cavanlar ölür.
Cücələr çox su içir və yem yemir;
Dimdikləri daim açıq qalır;
Quşlar hərəkətsizdir, qanadları sallanır, tükləri pırpızlaşır.
Qəhvəyi peyində tədricən qan ləkələri peyda olur.
Cücələr kəskin arıqlayır, hərəkətsiz oturur, büzüşürlər.
Pipikləri solğunlaşır, çünki qan azlığı başlayır.
Cücələrin arxası daim yaş olur.
Müalicə: Toltratoks 1 litr suya 1q miqdarında içməli suya qarışdırılaraq 48 saat ərzində fasiləsiz olaraq içirdilir. Xəstəliyin ağır hallarında müalicə kursu 5 gündən sonra təkrar edilə bilər.
Amprolium 22% 1,4 q preparat 1 litr suya və ya 1 kq yemə qarışdırılaraq 3-5 sutka ərzində verilir.
Makroprim, fortisul - sulfadimezin tərkibli preparatlarda öz müsbət təsirini xəstəliklə mübarizədə göstərir.
Bina təmizləndikdən sonra onun lehimləyici lampa ilə termik işlənməsi üsulu ilə işlənilir bu üsul yaxşı nəticə verir.
Müalicə baytar həkimi tərəfindən aparılmalıdır.
Profilaktikası: Quşlar balanslaşdırılmış yemlə təmin edilir. Həmin yemin 1 tonuna 0.5 kq koksiqan, ximkoksid əlavə olunaraq 20 gün müddətində quşlara verilir.