Kənd təsərrüfatı texnikalarının sazlığı daim diqqətdədir
2020-12-17 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən cari ildə mütəmadi olaraq respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı məhsulları istehsalçılarına məxsus kənd təsərrüfatı texnikaların dövlət texniki baxışı həyata keciriib, dövlət qeydiyyatına alınıb, istismar qaydalarına riayət edilməsi, həmcinin istismara yararlı vəziyyətdə saxlanılması ilə əlaqədar fermerlərə müvafiq məsləhət və tösiyələr verilib.
Belə ki, bu ilin cari ilin 11 ayı ərzində Agentlik tərəfindən 8274 ədəd nəqliyyat vasitələri dövlət qeydiyyatına alınıb, 1396 ədəd nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilib, 1503 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilib, 35428 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilib, 1044 ədəd inzibati xəta üzrə protokolun tərtib edilməsi həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” Nümunəvi Əsasnamənin 1.4-cü bəndinə əsasən Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 (iyirmi) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.