Pambıqçılıqda iyun ayında həyata keçirilən tədbirlər
2021-06-08 00:00:00
İyunun birinci ongünlüyüyündə ikinci kompleks becərmə başa çatdırılır. Zərərvericilərə qarşı mübarizə zamanı əsasən yerüstü traktor aqreqatlarının gücündən istifadə edilir. Pambıq əkinlərində bu və ya digər zərərverici müşahidə edildikdə xüsusi təlimata əsasən mübarizə aparılır. İkinci ongünlükdə pambıq əkinlərinə təsərrüfatda olan kartoqrama əsasən ikinci yemləmə ( azot və fosforun illik normasının qalan hissəsi) verilir, sonra birinci vegetasiya suvarması keçirilir və cərgələrarasında becərmə davam etdirilir.
İyun ayı həm də alaqlara qarşı ciddi mübarizə aparılan ay sayılır. Bu zaman tarlalarda çoxillik və birillik alaqlar əmələ gəlir. Suvarmadan sonra onların kökləri torpaqda daha da inkişaf edərək qida maddələrinin xeyli hissəsini mənimsəyir. Ona görə də bu ayda birinci vegetasiya suvarmasından sonra keyfiyyətli kultivasiya və kətmənləmə aparılır.
Dənli və faraş bitkilər altından çıxmış sahələrdə növbəti ildə pambıq əkini üçün yay şumu aparılır. Şumlamadan qabaq sahələrə üzvi və mineral gübrələr verilir. Şum ikiyaruslu kotanlar vasitəsilə həyata keçirilir.
Kənd təsərrüfatı texnikalarının saz...