Toxum istehsalçılarının və istifadəçilərinin nəzərinə
2021-07-13 00:00:00
Bildiririk ki keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki sortlarının toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısını alınması məqsədi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirilir. Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi tərəfindən 14 iyul 2021-ci il tarixində saat 15:00 da “Dənli taxıl bitkilərinin toxumlarının etiketlənməsi və sertifikatlaşdırılması” mövzusunda onlayn görüş keçiriləcəkdir.
Toxum istehsalçıları və maraqlı tərəflər (fermerlər) öz elektron ünvanını Aqrar Xidmətlər Agentliyinin info@axa.gov.az elektron ünvanına göndərməklə və ya DAİM-ə müraciət etməklə tədbirə qoşula bilərlər.