Göyçay rayonunda taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri həyata kecirilir
2022-04-05 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Göyçay rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirmək məqsədilə rayonun İnçə, Bığır, Qarayazı, Müskürlü, Veysəlli, Mirzəhüseynli və s. kəndlərində taxıl sahəsinə baxış keçirilib. Sahənin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Həmin kəndlərdə alaq otlarına qarşı 288 ha sahədə müşahidə, 160 ha -da sirayətlənmə qeydə alınmış, 145 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mütəxəssislər tərəfindən fermerlərə yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə ətraflı məlumatlar və müvafiq tövsiyələr verilib. Hazırda müşahidə və mübarizə tədbirləriişləri davam etdirilir.
Bildiririk ki,enli yarpaq alaqlara qarşı dikamba + xlorsulfuron (0,14-0,2 l/ha), 2,4-D Amin+ dikamba (0,5-0,7 l\ha) və ya triasuflon (180 qr/ha), birillik taxıl fəsiləsinə aid olan alaq otlarına qarşı isə fenoxaprop-p-ethyl (04,-1,0 l/ha) təsiredici maddəli herbisidlər tətbiq edilməlidir. Həmçinin Yabanı vələmirə qarşı təsiredici maddəsi pinoxaden (1,0 l/ha) olan preparatdan istifadə olunması tövsiyə olunur.
Şirvanda heyvanlar arasında peyvənd...