Pambıq sahələrində defolyasiya və desikasiya tədbirləri - Fermerlərə tövsiyə
2022-09-07 00:00:00
Pambığın mexanikləşdirilmiş qaydada yığımını həyata keçirmək üçün pambıq əkinləri defolyasiya və desikasiya edilməlidir. Məhsulun yetişməsini və yığılmasını sürətləndirmək üçün vegetasiyanın sonunda bitkilərin yarpaqlarını tökmək və gövdəsini qurutmaq lazımdır. Yarpaqları tökmək üçün tətbiq olunan kimyəvi maddələrə defoliantlar, bu prosesə isə defolyasiya deyilir. Desikasiya prosesi isə bitkinin gövdə və yarpaqlarının tam qurudulmasıdır.
Defolyasiya prosesinə nə vaxt başlamaq olar:
Pambıq sahəsində qozaların açma faizi 65-75% olduqda;
Desikasiya - inkişafca geri qalmış və üzərində çoxlu miqdarda açılmamış qozaları olan, yaxud payız yağışlarının tez başlaması ilə əlaqədar olaraq desikasiya (Ethephon 480 g/l+Cuclaniude 60 g/l və s. preparatlarından) aparılmış sahələrdə qozalar 10-15 gün tez açır və şaxtaya qədər xam pambıq məhsulunun yığımında məhsuldarlıq 6 sent/hektar artır.
Təhlükəsizlik tədbirləri
Kimyəvi dərmanlarla işləyən şəxslərin tibbi müayinədən keçməsi vacibdir. Kimyəvi dərmanlara əks göstərişi olan adamları bu işdən uzaqlaşdırılmalı, həmin şəxslər ildə bir dəfə tibbi müayinədən keçməlidir.
Xüsusi geyim paltarlarını və ayaqqabıları evə aparmaq, işdən sonra geyinmək qəti qadağandır. İş qurtardıqdan sonra xüsusi geyim paltarı hər gün tozdan təmizlənməli, sonra 8-12 saat açıq havada asılaraq havalandırılmalıdır. Xüsusi geyimlər üzvi birləşmələrlə çirkləndikdə dövrü olaraq ən azı 5 gündən bir yuyulmalıdır. Bunun üçün əvvəlcə 6-8 saat ərzində sabun-soda məhlulunda isladılır, sonra isə 2-3 dəfə qaynar sabun-soda məhlulunda yuyulur.
Defoliantla islandıqdan sonra yemək yeyərkən əvvəlcə əlləri, üzü və bədənin açıq olan yerlərini sabunla yumaq, ağzı isə təmiz su ilə yaxalamaq lazımdır. İşdən sonra isə duş qəbul edilməlidir. İş zamanı yemək, siqaret çəkmək və yeyinti məmulatlarnı cibdə saxlamaq qəti qadağandır. Defoliantlarla işləyənlərə hər gün işə başlamazdan əvvəl 0,5 litr qaynar süd verilir.
Defoliantı tətbiq etməzdən əvvəl çiləyici qurğuların sazlığı yoxlanmalı, onlar təmiz, yuyulmuş və saniyədə məsarif olunacaq məhlulla nizamlanmalıdır. Bakda artıq qalan defolyant məhlulunu xüsusi ayrılmış quyuya töküb, üstünü xlorlu əhəng qarışdırılmış torpaqla örtmək lazımdır.