Orta məktəblərdə aqrar təhsilə maraq artırılır
2022-11-22 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatının (FAO) “Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi” çərçivəsində aqrar təhsilin təşviqi məqsədilə respublikanın 3 rayonu – Quba, Lənkəran və Samuxda pilot olaraq 3 məktəb seçilmişdir. Qeyd olunmuş məktəblərdə pilot layihə üçün nəzərdə tutulmuş sinif otaqları yaradılmış, sinif otaqlarında kənd təsərrüfatı istiqamətli dekorasiya aparılmış, otaqların divarlarında kənd təsərrüfatında istifadə olunan texniki avadanlıqlar, bağlar, istixanalar, məhsullar, dronlar və s. əlaqədar rəsmlər əks etdirilmişdir. Hər 3 məktəbin pilot layihə üçün ayrılmış sinif otaqları Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən müxtəlif kənd təsərrüfatı bitkiləri, eksponatlar, aqrar sahəyə aid müxtəlif tədris materilları və bir sıra texniki avadanlıqlarla da təchiz edilmişdir.
Layihə çərçivəsində hər bir məktəbdən 30-35 şagird və nəzarətçi heyətin iştirakı ilə 2 (iki) günlük olmaqla Azərbaycan Dövlət Aqrar Universitetinə səfərlər təşkil olunmuşdur. Səfərlərn əsas məqsədi hələ ixtisas seçimi etməmiş 8 və 9-cu sinif şagirdlərinin ADAU, onun müxtəlif fakultələri, universitetin ikili beynəlxalq diplomlu təhsil proqramları barədə məlumatlılığının artırılması, universitetin pedaqoji heyətilə tanışlığının təşkili, şagirdlərin gələcəkdə ixtisas seçimində aqrar sahəyə marağın artırılması və dolayısı ilə aqrar məsləhət xidmətlərinin gücləndirilməsinin təbliği olmuşdur.
Bu məqsədlə Aqrar Təlim Mərkəzinin rəhbərliyi, BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatının (FAO) nümayəndəsi, Lənkəran Regional Təhsil İdarəsinin, Lənkəran İcra Hakimiyyətinin nümayəndələri, Xanbulan kənd orta məktəbinin direktoru və müəllim heyəti Lənkəran şəhəri Xanbulan kənd orta məktəbində layihə çərçivəsində ayrılmış sinif otağında yaradılmış şəraitlə tanış olublar. Tədbirdə Aqrar Təlim Mərkəzinin direktoru Azər Sərdarlı aqrar informasiya və məsləhət xidmətinin məqsəd və vəzifələri barədə məlumat vermiş, şagirdlərin aqrar sahəyə marağının artırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Şagirdlər də təşkil olunmuş səfərlərdən məmnun qaldıqlarını bildirərək, öz təəsüratlarını bölüşüblər. Bu səpgidə tədbirlərin keçirilməsi gələcəkdə şagirdlərin aqrar sahəyə maraqlarının artırılmasına stimul yaradacaqdır.
Aqrar Xidmətlər Agentliyinin əməkda...