Bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri davam etdirilir
2022-12-01 00:00:00
Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (zərərsizləşdirmə) yerli mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Belə ki, cari ilin oktyabr ayının 1-dən bugünədək aparılan monitorinqlərin nəticələrinə əsasən, Ağstafa rayonunda 420 hektarda müşahidə, 95 hektarda sirayətlənmə, Tovuz rayonunda 1904 hektarda müşahidə, 1182 hektarda sirayətlənmə, Şəki rayonunda 580 hektarda müşahidə, 410 hektarda sirayətlənmə, Şabran rayonunda 1044 hektarda müşahidə, 284 hektarda sirayətlənmə aşkarlanmışdır. Qeyd edək ki, cari ilin oktyabr ayından bu günədək respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı ümumilikdə 9901 hektarda müşahidə və 2233 hektarda sirayətlənmə müəyyən olunub.
Aqrar Xidmətlər Agentliyini bildirir ki, bölgələrdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən çəyirtkəkimilərin payız müşahidələri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi Həmkarlar...
2020-08-17 00:00:00