Bölgələrdə fermerlər maarifləndirilir
2023-01-16 00:00:00
Aqrar Xidmətlər Agentiliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlərin maarifləndirilməsi məqsədilə Tərtər rayonunda “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, həmçinin siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması”, Sabirabad rayonunun Yastıqobu kəndində “Sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, torpağın arata hazırlanması və alaq otlarına qarşı mübarizə tədbirləri, şum altına üzvi və mineral gübrələrin verilməsi və səpinin aparılması”, Kürdəmir rayonunda “Taxıl sahələrində əkinə qulluq işləri və siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinin təşkili”, Lənkəran rayonunun Şürük kəndində “Kənd Təsərrüfatında İnnovasiya AqroRobotların istifadə qaydaları və tətbiqi”, “Qabaqcıl aqrar praktikalar”, Salyan rayonunun Aşağı Noxudlu kəndində “Heyvanların yemlənməsi, saxlanması, bəslənməsi, infeksion və invazion xəstəliklərə qarşı mübarizə tədbirləri” mövzularında təlim keçirilib. Təlimdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, alimlər, bitkiçilik və heyvandarlıqla məşğul olan fermerlər iştirak edib. Müzakirələr zamanı görüş iştirakçılarını maraqlandıran məsələlərə müvafiq qaydada aydınlıq gətirilib, onlara lazımi tövsiyələr verilib və fermerlər tərəfindən verilən suallar ətraflı cavablandırılıb.