Əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri davam etdirilir
2023-02-28 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Ötən ilin oktyabr ayından bugünədək 442328 hektar sahədə müşahidələr aparılmış, 361798 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 3001 hektar sahədə mexaniki mübarizə və 346079 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Çöl siçanları kənd təsərrüfatı bitkiləri üçün böyük təhlükə törədirlər. Onların vurduğu ziyan toxumların cücərməsi dövründən başlayır, dənin yetişmə dövrünə qədər davam edir. Çöl siçanlarına qarşı mübarizə bir hektarda işlək yuvaların sayı payız mövsümündə 50, erkən yazda 75, yaz mövsümündə 100 yuva olduqda aparılır.
Mübarizə tədbirləri:
Kimyəvi mübarizə məqsədi ilə sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanır və hər işlək yuvaya 3 qr hesabı ilə aldadıcı yem qoyulur.
Fermerlərə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə AXA-nın yerli qurumlarına müraciət etməsi tövsiyə olunur.