Qış mövsümünə keçidlə əlaqədar fermerlərə heyvanların sağlamlığını qorumaq, yüksək məhsuldarlıq əldə etmək, o cümlədən döl kompaniyasını uğurlu keçirmək üçün aşağıdakılar tövsiyə edilir:
- Qışlama ərazilərindəki arxacların, heyvan yataqlarının, tövlələrin heyvanlar gətirilməzdən əvvəl peyindən və tullantılardan təmizlənməsi;
- İnfeksion xəstəlik törədicilərini, qansoran həşəratları, ektoparazitləri və xəstəlik daşıyıcısı olan gənələri məhv etmək məqsədilə dezinfeksiya, dezinseksiya, deakarizasiya tədbirlərinin aparılması;
- Heyvanlar gətirilidiyi zaman qışlaq əraziləri üzrə baytarlıq xidməti orqanlarına heyvanların saxlanacağı yerlər, heyvanların növü, baş sayı, hansı xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılması barədə məlumatlar verilməsi;
- Epizootiya Əleyhinə Profilaktiki və Diaqnostiki Tədbirlər Planına” uyğun və mövsümlə əlaqədar xəstəliklərə qarşı heyvanların profilaktiki peyvəndləmələrə cəlb edilməsi;
- Baytarlıq tədbirlərinin icrası ilə əlaqədar şərait yaradılması, xəstəliyə şübhəli hallar olduğu halda ərazi üzrə fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan həkimə məlumat verilməsi;
- Mövsümlə əlaqədar yaş qrupları üzrə optimal sulu-şirəli, qaba, qüvvəli yem və yem əlavələri tədarük edilməsi;.
- Anbarlarında yemlərin keyfiyyətli saxlanması, gəmiricilərdən qorunması və yanğın təhlükəsizliyi üçün müvafiq tədbirlərin görülməsi;
Diqqət! Kiflənmiş yem, xarab olmuş silos və qüvvəli yem heyvanlarda məhsuldarlığı aşağı salmaqla yanaşı onların sağlamlığı üçün də təhlükə yaradır!
- Sürülərin otarılmasının bataqlıq və subasar ərazilərdən uzaq yerlərdə planlaşdırılması;
- Su təhcizatının təşkil edilməsi;
- Tövlələrin, arxacların, yataqların zoobaytarlıq tələblərinə uyğunlaşdırılması:
- dölün aparılması üçün bölmələrin yaradılması, doğmuş heyvanlar və yeni doğulmuş balalar üçün optimal temperaturun təşkil edilməsi;
- Bağlı şəraitdə saxlanılan, o cümlədən boğazlıq dövründə olan heyvanlar üçün gəzinti meydançalarının təşkil edilməsi;
- Gözətçi itlərdə bütün profilaktiki peyvəndləmə və dehelmintizasiya tədbirlərinin aparılması vacibdir.