Aqrar Xidmətlər Agentliyində “Boş pestisid qablarının idarəedilməsi” mövzusunda seminar keçirilib
2024-05-24 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi" layihəsi çərçivəsində “Boş pestisid qablarının idarəedilməsi” mövzusunda seminar keçirilib.
Tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində görülmüş işləri nəzərdən keçirmək, pestisidlərin dövriyyəsi sahəsindəki problemləri müzakirə etmək, “Boş pestisid qablarının idarəedilməsi” üzrə Yol Xəritəsinin hazırlanması , əldə olunmuş təcrübələri bölüşmək və qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirməkdir.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Milli Proqram koordinatoru Elməddin Namazov, beynəlxalq ekspert Aleksandr Efimkin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin şöbə müdir müavini Cavidan Quliyev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin sektor müdiri Nəsib Qasımov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin sektor müdiri Ərəstun Həsənov, Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, yerli özəl sektor nümayəndələri, bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov ölkəmizdə qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edildiyini bildirib.
Seminar iştirakçıları tərəfindən ölkədə bitki sağlamlığının təmin olunması sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi barədə məlumatlar verilib və sözügüdən layihə çərçivəsində Boş pestisid qablarının ölkədə idarəedilməsi sisteminin yaradılması zərurəti haqqında müzakirələr aparılıb
Sonda Boş pestisid qablarının idarəedilməsi üzrə Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.