Heyvanlarda askaridoz
2024-06-03 00:00:00
Askaridoz atlarda, donuzlarda, cavan qaramallarda, itlərdə, pişiklərdə, quşlarda, həmçinin insanlarda rast gəlinən helmintozdur (qurd xəstəliyi).
Törədicisi Askarididae ailəsinə məxsus yumru qurdlardır. Əsasən bağırsaqlarda (əsasən nazik bağırsaq şöbəsində) parazitlik edir.
Yayılması yetkin helmintin bağırsaqlarda qoyduğu, nəcis vasitəsi ilə ətraf mühitə yayılan, sayı bəzən milyona çatan ətraf mühitin təsirlərinə davamlı yumurtalar vasitəsi ilə baş verir. Yumurtalar xarici mühitdə 15 il, durğun sularda 14 ay qala bilər. Yetkin helmint 15-40 sm uzunluğa çata bilir.
Qida və yem vasitəsi ilə orqanizmə düşən yumurtalar 14-20 gündən sonra bağırsaqlara düşür və onlardan sürfələr çıxaraq 2 ay müddətində yetkin helmintə çevrilir. Bağırsaqlarda iltihab yaratmaqla ishala səbəb olur, eyni zamanda parazitlik edərək orqanizmin qəbul etdiyi qidalardan istifadə edərək orqanizmi zəiflədir. Sürfələr bağırsağın selikli qişalarından keçərək qan vasitəsi ilə qara ciyərə, ağ ciyərə, bəzən gözün torlu qişasına, hətta beyinə daxil olaraq patologiyalar yaradır. Belə ki, sürfələr kapilliyarlar vasitəsi ilə ağ ciyərin alveolalarına daxil olaraq qansızmalara və iltihaba səbəb olmaqla tənəffüs yollarının daralmasına, nəticədə ikincili bakterial infeksiyaların yaranmasına, qaraciyərin iltihabına, gözün tor qişasında iltihaba və görmənin itməsinə, beyində iltihaba və mərkəzi sinir sisteminin pozulmasına səbəb ola bilər.
Askaridlər immunosupressiv maddə buraxaraq peyvəndləmənin immunitet yaratmasının qarşısını alır, o cümlədən paralel xəstəliklərin sağalma müddətinin uzanmasına gətirib çıxarır.
Amerikada donuzlarla eyni otlaqda otlayan cavan qaramalda adətən donuzları yoluxduran Askarididae ailəsinə məxsus Ascaris suum (donuz askaridi) aşkar edilmişdir. Belə ki, bu parazitlər heyvanlar arasında ölümə səbəb olmuşdur.
Kliniki əlamətləri:
- Cavan heyvanlarda zəiflik, arıqlıq, heyvanın çəki yığa bilməməsi, sərt tük örtüyü, sallaq qarın, xroniki öskürək və təngnəfəslik (ağ ciyərə sürfələr düşdükdə) müşahidə edilir;
- Cavan quşlarda halsızlıq, arıqlama, böyümənin ləngiməsi, görünən selik qişaların anemiyası əlamətləri görünür;
- Xəstə quşlarda tüklər pırpızlaşır, qanadlar sallanır, diareya baş verir, dimdikdən qatı selik axır, quşların bir yerə toplanması müşahidə edilir.
Profilaktikası:
- Qeyri-sağlam ərazilərdə mütəmadi dehelmintizasiya tədbirləri aparılmalıdır;
- Peyin vaxtlı-vaxtında təmizlənməli və zərərsizləşdirilməlidir.
Şamaxı rayonunda xüsusi təhl