Bölgələrdə taxıl biçininə hazırlıqla bağlı texnika istifadəçiləri maarifləndirilir və onlara səyyar xidmət göstərilir
2024-06-07 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən taxıl bicininə hazırlıqla bağlı Bərdə, Ağstafa, Neftçala və digər rayonlarda texnika istifadəçiləri ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Texniki baxışdan keçməyən texnikalar texniki baxışa cəlb olunur, etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələri dəyişdirilir və mexanixatorlar texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılır.
Eyni zamanda Masallı rayonunun Ərkivan və Xırmandalı kəndlərində texnika istifadəçilərinə səyyar xidmət göstərilib. Agentlik tərəfindən yaradılmış "Səyyar xidmət" qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin rahatlığının yerlərdə təmin olunmasına nail olmaqdır. Tədbir zamanı qısa müddət ərzində rayonun şəhər və kəndlərindən müraciət etmiş texnika sahiblərinə məxsus 27 ədəd kənd təsərrüfatı texnikası ilkin və təkrar dövlət qeydiyyatına alınmış, 31 ədəd kənd təsərrüfatı texnikası dövlət texniki baxışından keçmiş və 4 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist sürücülük vəsiqələri dəyişdirilmişdir.
Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim olunma qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.
QUŞLARDA YUMURTA MƏHSULUNUN AZALMAS...
2020-06-13 00:00:00