Baytarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə bağlı məsləhətlərin verilməsi

Məzmunu

Baytarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə bu sahədə fəaliyyət zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə informasiya-məsləhət xidmətinin göstərilməsi 
 

Xidmətin həyata keçirilmə formaları

Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə, eləcə də birbaşa elektron qaydada və ya birbaşa telefonla Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin yerli qurumlarına müraciət  edilməsi və nəticənin əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

Fiziki şəxslər üçün:

     - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

     - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

     - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;

Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.