Diaqnostik müayinələr üçün nümunələrin götürülməsi və müayinə aparılması

Məzmunu

Xəstəliklərin müəyyən edilməsi məqsədi ilə heyvanlardan alınmış qan nümunələrinin və heyvan cəsədlərindən götürülmüş patoloji materialların laborator müayinəsi

Xidmətin həyata keçirilmə formaları

Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda, eləcə də birbaşa telefonla və ya elektron qaydada Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin yerli qurumlarına müraciət  edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

    - Ərizə

Fiziki şəxslər üçün:

     - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

     - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

     - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;

Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişli:

Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2007-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada  ödənişi təsdiq edən sənəd əsasında. 

 

Xidmətin növü

Ölçü vahidi

Xidmətin tarifi (AZN)

Diaqnostika müayinələr üçün nümunələrin götürülməsi

1 nümunə

2,00 AZN

Diaqnostik kabinetdə qan nümunələrinin və patmaterialların müayinəsi

1 nümunə

Müayinənin istiqamətinə uyğun aşağıdakı tarifə uyğun  qiymətlər:  

Kimya-toksikoloji və biokimyəvi müayinələr

1 müayinə

6,00

Bakterioloji

1 müayinə

4,00

Pestisidlərin, antibiotiklərin, mikotoksinlərin, nitrozaminlərin və histaminin immunoferment analiz (İFA) metodu ilə müayinəsi (hər biri ayrılıqda)

1 müayinə kompleksi

5,20

Suyun baytarlıq-sanitariya müayinəsi

1 müayinə

1,00