Məzmunu
Heyvan xəstəliklərinin profilaktikası, müayinəsi və müalicəsi.
Xidmətin göstərilmə yeri
Rayon (şəhər) baytarlıq idarələri və ya DAİM-in inzibati binaları.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Yoxdur.
Xidmətin həyata keçirilməsi müddəti
20 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Bank vasitəsilə.
Ödəniş Azərbaycan Respublikası Tarif Şurasının “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2007-ci il 26 iyul tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
Xidmətin tətbiqi |
Ölçü vahidi |
Xidmətin tarifi (AZN) |
İri buynuzlu və tək dırnaqlı heyvanlar (1 baş) |
1 əməliyyat |
5,00 |
Davarların, donuzların və quşların müalicəsi (ev heyvanları 1 baş, quşlar isə 20 baş), zədələrin, yaraların yuyulması və kosmetik cərrahiyyəsi |
1 əməliyyat |
3,00 |
Gips sarğısı, tikiş qoyulması, sökülməsi, təmizləyici imalə və boğazlığın təyini (hər biri ayrılıqda) |
1 əməliyyat |
6,00 |
Çətin doğuşlarda baytarlıq yardımı |
1 əməliyyat |
10,00 |
Keserov əməliyyatı və balalığın amputasiyası |
1 əməliyyat |
15,00 |
Cərrahiyyə yardımının göstərilməsi |
1 əməliyyat |
5,00 |
Ümumi narkoz (inqolyasiya) |
1 əməliyyat |
15,00 |
Atların və iri buynuzlu heyvanların 1baş axtalanması |
1 əməliyyat |
10,00 |
Xırda buynuzlu heyvanların və donuzların 1 baş axtalanması |
1 əməliyyat |
2,00 |