Heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər baytarlıq preparatlarının tətbiqi ilə bağlı maarifləndirmə

Məzmunu

Heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər baytarlıq preparatlarının tətbiqi  ilə bağlı maarifləndirmə, informasiya-məsləhət xidmətinin həyata keçirilməsi 

Xidmətin həyata keçirilmə formaları

Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə, eləcə də birbaşa  elektron qaydada və ya birbaşa telefonla Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin yerli qurumlarına müraciət  edilməsi və nəticənin əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

Fiziki şəxslər üçün:

     - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

     - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

     - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;

Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.