Heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə tövsiyələrin verilməsi

Məzmunu

Heyvanların düzgün istiqamətdə saxlanılması, yemləndirilməsi və bəslənməsi, məhsuldarlığının artırılması, ən yaxşı təcrübənin tətbiqi, heyvandarlıq obyektlərinin layihələndirilməsi  ilə bağlı tövsiyələrin verilməsi 

Xidmətin həyata keçirilmə formaları

Dövlət Aqrar İnkişaf Mərkəzlərinə gəlməklə, eləcə də birbaşa elektron qaydada və ya birbaşa telefonla Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin yerli qurumlarına müraciət  edilməsi və nəticənin əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

Fiziki şəxslər üçün:

      - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

      - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

      - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;

Hüquqi şəxsin nümayəndəsinə etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz