Ölmüş heyvandan patoloji materialların götürülməsi

Məzmunu

Ölmüş heyvanın xəstəliyinin müəyyən edilməsi məqsədilə yarılması və patoloji materialların

götürülməsi.

 

Xidmətin göstərilmə yeri

Rayon (şəhər) baytarlıq idarələri və ya DAİM-in inzibati binaları.

 

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.

 

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

Xidmətin həyata keçirilməsi müddəti

1 iş günü ərzində.

 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

Ödəniş Azərbaycan Respublikası Tarif Şurasının “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2007-ci il 26 iyul tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

Xidmətin tətbiqi

Ölçü vahidi

Xidmətin tarifi (AZN) 

İribuynuzlu və tək dırnaqlı heyvanlar

1 baş

2,0

Davar, donuz və digər heyvanlar

1 baş

1,00

Yarma protokolunun tərtibi və cəmdəklərin məhvi

1 baş

7,00