Profilaktiki dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri

Məzmunu

Heyvanlarda xəstəlik törədiciləri, ektoparazitlər və ziyanvericilərin məhvi ilə bağlı profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi.

 

 

Xidmətin göstərilmə yeri

Heyvandarlıq obyektləri.

 

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə;

Vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamə;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.

 

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

Xidmətin həyata keçirilməsi müddəti

3 iş günü ərzində.

 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

Ödəniş Azərbaycan Respublikası Tarif Şurasının “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2007-ci il 26 iyul tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

 

Xidmətin nüvü

Ölçü vahidi

Xidmətin tarifi (AZN)

Yaş, aerozol və yandırma üsulu ilə dezinfeksiya

100 m2  

0,60 

Yumurta (1000 ədəd) və yunun (1 bağlama) dezinfeksiyası

1 əməliyyat

0,80

Dezinseksiya və deratizasiya (hər biri ayrılıqda)

100 m3  

0,60