Məzmunu
Qan parazitar xəstəliklərinin və helmintozların məhv edilməsi məqsədilə dərman vasitələrinin heyvanlara tətbiq edilməsi və onların çimizdirilməsi
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin göstərilmə yeri
Rayon(şəhər) baytarlıq idarələri və ya DAİM.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Aşağıdakı sənədlər təqdim edilir:
- Ərizə
- Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).
Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):
- Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;
- Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişli, Azərbaycan Respublikası Tarif Şurasının 2007-ci il 26 iyul tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada ödənişi təsdiq edən sənəd əsasında.