Yoluxucu xəstəliklərin müalicə-profilaktikası

Məzmunu

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”ndakı xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla digər yoluxucu xəstəliklərin müalicə-profilaktikası

Xidmətin həyata keçirilmə formaları

Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda, eləcə də birbaşa telefonla və ya elektron qaydada Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzinin yerli qurumlarına müraciət  edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

  • Ərizə

Fiziki şəxslər üçün:

  • Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).
  • Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):
  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
  • Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti;

Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişli, Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2007-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nəğd və nağdsız qaydada  ödənişi təsdiq edən sənəd əsasında.

Xidmətin tətbiqi

Ölçü vahidi

Xidmətin tarifi (AZN)

İribuynuzlu, tək dırnaqlı heyvanlar, it və pişiklər (1 baş)

1 baxış

1,00 

Xırdabuynuzlu heyvan və donuzlar (1 baş)

1 baxış

0,20

Ev quşları (10 baş)

1 baxış

0,10

Arı ailəsi (1 ailə) dekorativ quşlar (1 baş)

1 baxış

0,50

Vəhşi, sirk, zoopark heyvanları (1 baş)

1 baxış

5,00

Laboratoriya heyvanları (hər növ), balıqlar (1 partiya)

1 baxış

1,00