Heyvan xəstəliklərinin laborator diaqnostikası

Məzmunu

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda əks olunan xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla digər xəstəliklərin müayinəsinin aparılması və nəticələrinə dair sınaq protokollarının verilməsi ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi.

 

Xidmətin göstərilmə yeri

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yerli qurumları.

 

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.

 

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

Xidmətin həyata keçirilməsi müddəti

3 iş günü ərzində 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

 

Ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında  2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş xidmət haqlarına uyğun olaraq həyata keçirilir.

 

http://axa.gov.az/files/NK%20178%20Qrar%20(xidmt%20haqqlar)%20preyskurant.pdf