Cəfərov Yaqub Məmmədəli oğlu – Müavin

Yaqub Məmmədəli oğlu Cəfərov 22 avgust 1960-cı ildə Ordubad rayonunda anadan olub.

1977-ci ildə Mərkəzi Tədris Kursunda təhsil alıb.

1977-1978-ci illərdə TQİ-84-də fəhlə işləyib.

1979-ci ildə Ordubad rayonuun Nərimanov adına sovxozunda fəhlə işləyib.

1979-1981-ci illərdə hərbi xidmətdə olub.

1981-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitki mühafizəsi ixtisası üzrə ali təhsil alıb.

1986-1989-cu illərdə Azərbaycan Elmi -Tədqiqat Bitki Mühafizəsi İnstitutunda  kiçik elmi işçisi vəzifəsində çalışıb.

1986-1989-cu illərdə Bitki Mühafizə İnstitutunun aspirantı olub.

1989-1991-ci illərdə Bitki Mühafizə İnstitutunun kiçik elmi işçisi vəzifəsində çalışıb.

1991-1997-ci illərdə Bitki Mühafizə İnstitututunun elmi işçisi olub.

2001-2002-ci illərdə Gəncə Dövlət Universitetində müəllim vəzifəsində çalışıb.

2002-2006-cı illərdə Gəncə Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb.

2006-2015-ci illərdə Gəncə Dövlət Universitetinin dosenti olub.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti olub.

2015-2016-cı illərdə Dövlət Fitosanitar Xidmətinin rəis müavini vəzifəsini icra edib.

2016-2019-cu illərdə Dövlət Fitosanitar Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

13 iyun 2019-cu ildən- hal-hazıradək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsini icra edir.

Biologiya üzrə fəlsəfə doktorudur.

Evlidir: iki övladı var.