Məzmunu
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi.
Xidmətin göstərilmə yeri
DAİM-in inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Elektron və ya kağız sənədləşmə formalarında.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
- Ərizə;
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
- Hüquqi şəxsin dövlət reystrindən çıxarış;
- Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənəd, onunu qeydiyyatı və tranzit nişanları.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
30 dəqiqə və ya 1 gün (sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda) ərzində..
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3.2-ci, 18.65.6.3-cü və 18.65.7.2-ci maddələrinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
- Nəqliyyat vasitəsinin qeydiyyatına (daimi uçota alınmasına) görə - 5 manat;
- Nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsinə görə - 11 manat;
- Nəqliyyat vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsinin verilməsinə görə - 5 manat.