Nəqliyyat vasitəsinə dair məlumatların daşınar əmlakın rəsmi reyestrindən silinməsi

Məzmunu

Nəqliyyat vasitəsinə dair məlumatların daşınar əmlakın rəsmi reyestrindən silinməsi

Xidmətin həyata keçirilmə formaları

 DAİM-lərə gəlməklə kağız daşıyıcıda və ya elektron qaydada müraciətin təqdim edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Nəqliyyat vasitəsinə dair məlumatların daşınar əmlakın rəsmi reyestrindən silinməsi  üçün tələb olunan sənədlər elektron və ya kağız daşıyıcılar üzərində təqdim edilir:

     - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi)

     - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti

     - nəqliyyat vasitəsinə dair məhkəmənin qərarı

     - nəqliyyat vasitəsinin çıxdaş edilməsi barədə sənəd

     - nəqliyyat vasitəsinin daimi olaraq Azərbaycan Respublikasından kənara çıxarılmasına dair sənəd.

Təqdim edilən sənədlər əsasında qurum tərəfindən elektron ərizə tərtib edilir  və müraciət edən şəxs tərəfindən imzalanır.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsizdir.