Nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması

Məzmunu

Nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə, nəqliyyat vasitələri çıxdaş edildikdə və nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması

Xidmətin həyata keçirilmə formaları

 DAİM-lərə gəlməklə kağız daşıyıcıda və ya elektron qaydada müraciətin təqdim edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

 Nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması üçün tələb olunan sənədlər kağız və ya elektron daşıyıcılar üzərində təqdim edilir:

     - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

     - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

     - nəqliyyat vasitəsinə vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr;

     - nəqliyyat vasitəsinin çıxdaş olması barədə sənəd;

     - nəqliyyat vasitəsinə olan mülkiyyət hüququnun xitam edilməsi ilə bağlı sənəd;

     - Texniki baxışdan keçməyə dair sənəd

Təqdim edilən sənədlər əsasında qurum tərəfindən elektron ərizə tərtib edilir  və müraciət edən şəxs tərəfindən imzalanır.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsizdir