Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması

Məzmunu

 

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi

Xidmətin həyata keçirilmə formaları

 DAİM-lərə gəlməklə kağız daşıyıcıda və ya elektron qaydada müraciətin təqdim edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına  alınması üçün tələb olunan aşağıdaki sənədlər elektron və ya kağız daşıyıcılar üzrərində təqdim edilir:

    - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

    - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

    - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;

    - Texniki baxışdan keçmə barədə sənəd;

    - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların ödənilməsi barədə sənəd;

    - Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları.

Təqdim edilən sənədlər əsasında qurum tərəfindən elektron ərizə tərtib edilir  və müraciət edən şəxs tərəfindən imzalanır.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

 

Ödənişlidir:

    - Nəqliyyat vasitələrinin daimi uçota alınmasına görə 5 manat; 

    - dövlət qeydiyyat nişanlarının verilməsinə görə 11 manat;

    - dövlət qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 5 manat;

( “ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.65.3.2., 18.65.6.3. və  18.65.7.2-ci maddələri)

 

Ödənişlər nağdsız qaydada həyata keçirilir.