Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının aparılması

Məzmunu

Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının aparılması 

Xidmətin həyata keçirilmə formaları

 DAİM-lərə gəlməklə kağız daşıyıcıda və ya elektron qaydada müraciətin təqdim edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının aparılması üçün tələb olunan aşağıdaki sənədlər elektron və ya kağız daşıyıcılar üzərində təqdim edilir: 

     - ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti;

     - qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;

     - nəqliyyat vasitəsinin qeydiyyat sənədləri.

Təqdim edilən sənədlər əsasında qurum tərəfindən elektron ərizə tərtib edilir  və müraciət edən şəxs tərəfindən imzalanır.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişlidir:

     - Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün-10 manat

(“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 25-2-ci maddəsi).

 Ödənişlər nağdsız qaydada həyata keçirilir.