Məzmunu
Nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə, nəqliyyat vasitəsi çıxdaş edildikdə və nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması.
Xidmətin göstərilmə yeri
DAİM-in inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Elektron və ya kağız sənədləşmə formalarında.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
30 dəqiqə və ya 1 gün (sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda) ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsizdir.