Məzmunu
Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsinin sahibinin adına müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması.
Xidmətin göstərilmə yeri
DAİM-in inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Elektron və ya kağız sənədləşmə formalarında.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
- Ərizə;
- Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və tranzit nişanları;
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
30 dəqiqə ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Bank vasitəsilə.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3.2-ci, 18.65.6.3-cü və 18.65.7.2- ci maddələrinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
- Nəqliyyat vasitəsinin müvəqqəti uçota alınmasına görə - 5 manat,
- Nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsinə görə -11 manat;
- Nəqliyyat vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsinin verilməsinə görə - 5 manat.