Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi

Məzmunu

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi 

Xidmətin həyata keçirilmə formaları

 DAİM-lərə gəlməklə kağız daşıyıcıda və ya elektron qaydada müraciətin təqdim edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi dəyişdirilməsi üçün tələb olunan aşağıdaki sənədlər elektron və ya kağız daşıyıcılar üzərində təqdim edilir:

    - Ərizə

    - traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi

    - traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün  sürücülük vəsiqəsi itirilməsi barədətapıntılar bürosundan arayış

     - Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada 60 və daha artıq yaşlı şəxslər üçün tibbi arayış

     - dövlət rüsumu elektron qaydada  ödənilmədiyi halda, dövlət rüsumunun ödənilməsi barədə sənəd

 Təqdim  edilmiş sənədlər əsasında elektron ərizə qurum tərəfindən doldurulur və müraciət edən şəxsə imzalatdırılır..

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişlidir

    - Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə dövlət rüsumu – 5 manat

   (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.65.5.2-ci maddəsi). Ödənişlər nağdsız qaydada həyata keçirilir.

    - Qeyd: Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.