Mexaniki nəqliyyat vasitələrinə yeni qeydiyyat şəhadətnamələrinin və ya dövlət qeydiyyat nişanlarının verilməsi.

Məzmunu

Qeydiyyat şəhadətnaməsi və ya dövlət qeydiyyat nişanı itmiş nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi.

 

Xidmətin göstərilmə yeri

DAİM-in inzibati binası.

 

Xidmətin həyata keçirilmə formaları

Elektron və ya kağız sənədləşmə formalarında.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

  • Ərizə;
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
  • Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq idarə və şöbələrinin tapıntılar bürosundan arayış;
  • Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

Xidmətin həyata keçirilməsi müddəti

30 dəqiqə və ya 1 gün (sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda) ərzində.

 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.3-cü və 18.65.7.2-ci maddələrinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

  • Nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanının verilməsinə görə -11 manat;
  • Nəqliyyat vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsinin verilməsinə görə - 5 manat.