Bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizə tədbirlərinin aparılması

Məzmunu

Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərin məhv edilməsi ilə bağlı bioloji mübarizənin təşkili və aparılması (pestisidlərin, bioloji preparatların və s. tətbiqi)

Xidmətin həyata keçirilmə formaları

 Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi;

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

    - Ərizə;

Fiziki şəxslər üçün:

    - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

    - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti (EKTİS-də qeydiyyatda deyilsə);

    - Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.