Bitkilərdə zərərli orqanizmlərinin və xəstəliklərin müəyyənləşdirilməsi

Məzmunu

Bitkilərin ziyanverici və xəstəliklər, habelə alaq otları ilə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək məqsədilə fitosanitar müşahidələrin aparılması və nəticəsinə dair arayışın verilməsi ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi

Xidmətin həyata keçirilmə formaları

 Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi;

 Agentliyin Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzinin yerli qurumlarına telefonla və ya elektron qaydada müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

      - Ərizə

Fiziki şəxslər üçün:

      - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

      - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti (EKTİS-də qeydiyyatda deyilsə);

      - Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.