Məzmunu
Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərin məhv edilməsi ilə bağlı mübarizənin təşkili və aparılması.
Xidmətin göstərilmə yeri
Respublika Bitki Mühafizəsi Mərkəzi, rayon bitki mühafizəsi mərkəzlərinin inzibati binaları və DAİM-lər.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
5 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsiz.