Fitosanitar xidmətləri üzrə maarifləndirmə və informasiya məsləhət xidməti

Məzmunu

Bitki sağlamlığı, bitki mühafizəsi və bitkiçilik məhsullarının istehsalı, ən yaxşı təcrübə, bitkiçilikdə pestisidlərin, bioloji və  aqrokimyəvi preparatların tətbiqi (istifadəsi), saxlanması və daşınması qaydaları barədə fəaliyyət istiqamətləri üzrə əhali arasında maarifləndirmə və informasiya-məsləhət xidmətinin göstərilməsi işlərinin həyata keçirilməsi                    

Xidmətin həyata keçirilmə formaları

 Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə, eləcə də birbaşa elektron qaydada və ya telefonla Agentliyin Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzinin yerli qurumlarına müraciətin edilməsi və nəticənin əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

    - Ərizə;

Fiziki şəxslər üçün:

    - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

    - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti (EKTİS-də qeydiyyatda deyilsə);

    - Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.