İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və qablarının zərərsizləşdirilməsi

Məzmunu

İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi

Xidmətin həyata keçirilmə formaları

 Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi;

 Agentliyin Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzinin Cəngi Pestisid Poliqonuna telefonla və ya elektron qaydada müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

     - Ərizə;

Fiziki şəxslər üçün:

     - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

     - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti (EKTİS-də qeydiyyatda deyilsə);

     - Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişli. 

Ödəniş Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

Xüsusi ayrılmış yerlərdə (poliqonlarda) təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:

 

 

Təhlükəli tullantılar

Tarif

(manat/m3)

I

II

III

1.

Digər təhlükəli tullantılar

80,0