Suvarma suyunun aqrokimyəvi analizlərinin aparılması və tövsiyələrin verilməsi

Məzmunu

Suvarma suyu və torpaq analizlərinin nəticəsində arayışların verilməsi yox sınaq protokolu və müvafiq tövsiyələrin verilməsi

Xidmətin həyata keçirilmə formaları

 Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi;

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yerli qurumlarına telefonla və ya elektron qaydada müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

     - Ərizə

Fiziki şəxslər üçün:

      - Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

       - Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti (EKTİS-də qeydiyyatda deyilsə);

Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişli. 

Ödəniş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 18 iyul tarixli  87 nömrəli əmri ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

 

Xidmətin adı

Ölçü

vahidi

Tariflər (manat)

 

4.Suvarma suyunun analizləri

 

 

4.1.

Suvarma suyu nümunələrinin götürülməsi

1 nümunə

4,0

4.2.

İy, rəng və görünüş 

1 nümunə

1,0

4.3.

Elektrik keçiriciliyi 

1 nümunə

2,0

4.4.

Temperatur 

1 nümunə

1,0

4.5.

Şəffaflıq

1 nümunə

1,0

4.6.

Bulanıqlıq 

1 nümunə

1,0

4.7.

pH

1 nümunə

2,0

4.8.

Ümumi codluq (Ca+Mg)

1 nümunə

7,0

4.9.

Duzluluq

1 nümunə

4,0

4.10.

Quru qalıq (105o C-də qurudularaq)

1 nümunə

3,0

4.11.

Üzvi maddə (Permenganat əmsalı)

1 nümunə

5,0

4.12.

Karbonat (CO3)

1 nümunə

5,0

4.13.

Bikarbonat (HCO3) 

1 nümunə

5,0

4.14.

Suvarma suyunda kationların  təyini (litium (Li+), natrium         (Na+), kalium (K+), ammonium (NH4+), maqnezium (Mg2+), kalsium (Ca2+). (tarif bir kationa görə verilib, hər əlavə kation üçün 3 manat) 

1 nümunə

5,0

4.15.

Suvarma suyunda anionların təyini (xlorid (Cl-), fosfat (P043-), nitrit (N03)-), nitrat (N02-), sulfat (SO42-), ftor  (F-), bor (Br-) ). (tarif bir aniona görə verilib, hər əlavə anion üçün 3 manat)

1 nümunə

5,0

4.16.

Suvarma suyunda ağır metalların  təyini (qurğuşun (Pb), xrom (Cr), kobalt (Co), kadmium (Cd), molibden (Mo). (tarif bir elementə görə verilib, hər əlavə ağır metal üçün 4 manat)

1 nümunə

5,0

4.17.

Suvarma suyunda mikroelementlərin təyini (Fe, Cu, Zn, Mn). (tarif bir elementə görə verilib, hər əlavə mikroelement üçün  4 manat)

1 nümunə

5,0

4.18.

Standart suvarma suyu analizi (11 analiz): pH, EC, Ca, Ca+Mg, Na, K, B, CO3, HCO3, Cl, SO4.

1 nümunə

45,0