Torpaq sahələri üçün kartoqramların hazırlanması və aqrokimyəvi pasportların verilməsi

Məzmunu

Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi analizlərin aparılmasından sonra nəticələrə əsasən kartoqramların hazırlanması və torpaq mülkiyyətçilərinə həmin ərazilərlə bağlı aqrokimyəvi pasportların verilməsi ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi

Xidmətin həyata keçirilmə formaları

 Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (bundan sonra-DAİM) gəlməklə kağız daşıyıcıda müraciət edilməsi və nəticənin kağız daşıyıcıda və ya elektron qaydada əldə edilməsi;

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Aşağıdakı sənədlər təqdim edilir:

  • Ərizə;

Fiziki şəxslər üçün:

  • Şəxsiyyətini təsdiq edən sənədin surəti (EKTİS-də qeydiyyatda deyilsə).

Hüquqi şəxslər üçün (EKTİS-də qeydiyyatda deyilsə):

  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin (VÖEN) surəti (EKTİS-də qeydiyyatda deyilsə);
  • Hüquqi şəxsin nümayəndəsinə verilmiş etibarnamə.

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişli. 

Ödəniş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 18 iyul tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir: