Həsənov Zamil Faiq oğlu – Müavin

Zamil Faiq oğlu Həsənov 4 iyul 1983-cü ildə anadan olub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat üzrə təhsil alıb.

2005-2006-cı illərdə ANT İnşaat Təmir-Tikinti MMC-in Layihələrin idarə edilməsi şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

2006-2009-cu illərdə ANT İnşaat Təmir-Tikinti MMC-in Layihələrin idarə olunması şöbəsində müdir vəzifəsini icra edib.

2009-2010-cu illərdə  ANT İnşaat Təmir-Tikinti MMC-in Daxili Audit Departamentində direktor vəzifəsini icra edib.

2010-2011-ci illərdə ANT İnşaat Təmir-Tikinti MMC-in Daxili Audit Departamentində direktor müavini vəzifəsində çalışıb.

2011-2016-cı illərdə Azəricert MMC-də direktor vəzifəsini icra edib.

2018-2019-cu illərdə Dövlət Fitosanitar Xidmətində  rəis müavini vəzifəsində çalışıb.

12 iyun 2019-cu ildən hal-hazıradək Kənd Təsrrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavinidir.

Evlidir, iki övladı var.