İNNOVATİV TEXNOLOGİYALAR

 Pambığın intensiv texnologiya ilə becərilməsi

 

    Pambığın intensiv texnologiya ilə becərilməsi aqrotexniki, meliorativ və təsərrüfat-təşkilati tədbirlərin yüksək və davamlı xam pambıq məhsul istehsalına yönəlmiş elmi cəhətdən əsaslandırılmış sistemidir. Bu texnologiya torpaq, su və mal-material ehtiyatlarından səmərəli istifadəni, əmək tutumunu aşağı salmağı, torpaq münbitliyini yüksəltməyi və ətraf mühiti çirklənmədən qorumağı təmin etməlidir.

       Pambığın seleksiya sortları. İntensiv texnologiyada mahlıcı toxuculuq sənayesinin tələblərini ödəyən, maşınla yığıma uyğun yüksək məhsuldar pambıq sortları əkilir. Hazirda Azərbaycanda pambığın qeyd edilən tələblərə cavab verən AzNİXİ-195, Gəncə-8, Gəncə-2, Gəncə-78, Gəncə 80, Gəncə-103, Gəncə-110, Maraş, Antep, Ağ qızıl, Progen, Flora kimi rayonlaşdırılmış yerli və introduksiya olunmuş xarici seleksiya sortları əkilir.

    Torpağın becərilməsi. Pambıq bitkisindən yüksə k məhsul alınmasında əsas amillərdən biri torpağın narın hissəciklərə parçalanmasını, rütubətin toplanması və qorunması, yuma, arat və s. aqrotexniki tədbirlərin səmərəsinin artirilmasını təmin edən dondurma şumunun vaxtında və keyfiyyətlə aparılmasıdır. Dondurma şumu hazırda istifadə edilən kotanlarla torpağın münbit qatının qalınlığından və sələf bitkisindən asılı olaraq 28-32 sm dərinlikdə aparılır. Şum zamanı sahənin hər yeri eyni dərinlikdə şumlanmalı, şum layları normal çevrilməli, mineral və üzvi gübrələr, bitki qalıqları torpağa yaxşı basdırılmalı, sahədə şumlanmamış (xərək) yerlər qalmamalıdır. Pambiq əkinləri üçün şum dekabırın 15-20-dək   qurtarmalıldır. Şum altına hər il hektara 5-10 ton peyin verilməlidir. Peyin universal üzvi gübrə olmaqla bitkilər üçün həm qida maddəsidir, həm də torpağın su–fiziki xassələrini yaxşılaçdırır, mikrobioloji prosesləri fəallaşdırır, torpağın biloji aktivliyini artırır.

     Səpinqabağı becərmə işləri adətən erkən yazda malalamadan başlayır ki, bu da nəinki yuma, qış və yaz aratı, həmçinin atmosfer yağıntıları hesabına torpaqda yaranmış ehtiyat nəmliyin saxlanmasına, eyni zamanda torpağın üst qatında olan alaq otlarının erkən cücərməsinə və səpinqabağı malalama zamanı məhv edilməsinə səbəb olur. Malamalar zamanı sahənin səthinin düz və hamar qalması vacibdir. Səpinqabağı becərmə mütləq dayaz, yəni 6-7 sm dərinlikdə aparılmalıdır. Malanın axırıncı gedişi səpin istiqamətində olmalıdır.

Toxumluq çiyudin səpinə hazırlanması. Toxumluq çiyid pambıq zavodlarında hommoz və kökçürümə xəstəliklərinə qarşı mübarızə məqsədi ilə nüsan, bronokot və s. dərmanlanır. Arat olunmuş sahələrdə səpindən əvvəl toxumluq çiyid lifli olduqda asfalt meydançada yaxud polietilen plyonka üstündə iki dəfə (ikinci birincidən 1-2 saat sonra olmaqla) isladılır, hər nəmlənmədə 20-25 sm qalınlıqda sərilmiş 1 ton çiyidə 350-500 litr su sərf olunur. Hər dəfə isladıldıqdan sonra çiyid kürəklə qarışdırılır, 70-80 sm hündürlükdə toplanılır və üstü polietilen plyonka örtülür. İsladılmış çiyidi bu vəziyyətdə ən çoxu 12 saat saxlamaq olar. Lütləşdirilmiş çiyidlər isladılmır.

   Səpin. Səpin optimal müddətdə- torpağın 8-10 sm-də temperaturun +12 - +14° C-də sabitləşdiyi vaxt başlanır. Bu isə Muğan, Mil-Qarabağ bölgələrində aprelin birinci, Şirvan bölgəsində ikinci ongünlüyünə təsadüf edir. Səpin ilk növbədə tez qızan torpaqlarda keçirilir. Ağır, gec qızan torpaqlarda çiyid səpini müəyyən edilmiş müddətin axırında aparılır. Əkin səpinqabağı becərmənin biləvasitə ardınca gedir. Arata səpin zamanı çiyid 4-5 sm dərinliyə basdırılmalıdır. Səpin dövrünün əvvəlində çiyid dayaz, sonralar isə nisbətən dərinə basdırılır. Səpsuvar aparılacaq sahələrdə çiyid 3-4 sm dərinliyə səpilir. Lifli çiyidlə səpində hektara 70-80 kq toxum sərf olunur.

   Səpin mütərəqqi üsulla yəni lifsiz çiyidlə aparılarsa hektara 20-25 kq toxum sərf olunur. Bu üsülla əkilmiş sahələrdə bitkilərin seyrəldilməsinə ehtiyac qalmır, məhsul nisbətən ucuz başa gəlir. Dəqiq səpin aparılmış sahələrdə çiyid torpaqla yaxşı təmasda olur, nəmliyi tez çəkir, lifli çiyiddən 3-5 gün tez cücərir, bitkilər tez boy atıb böyüyür, xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı olur, nəticədə lifli çiyidə nisbətən nəzərəçarpacaq qədər artıq məhsul əldə olunur.     Dəqiq səpin SÇX-4a və ya SPÇ-6M markalı pnevmatik çiyidsəpən maşınlarla aparılır.

     Çiyidin basdirılma dərinliyi xızəklərin (başmaqların) yerini dəyişməklə nizamlanır. Səpin dərinliyi artırıldıqda xizəklər qaldırılır, azaltmaq lazım gəldikdə isə endirilir. Başmaqlar olmasa torpaqlarda kiplik yaranmaz, çiyid dərinə düşər və çürüyər. Çiyidsəpən aqreqata 2 ədəd şırımaçan qoşulur. Bu cərgəaralarının düz xətlı becırilməsi, körpə cücərtilərin zədələnməsi və hər ehtimala qarşı aratı qaçmış sahələrdə suvarma aparmaq üçündür. Şırımaçanlar 8-10 sm dərinliyə nizamlanır. Səpin yalnız düzgün nizamlanmış cığıraçanları, başmaqları, ərsinləri, vərdənəcikləri, şırımaçanları və markerləri saz olan səpin aqreqatı ilə keçirilməlidir. Çiyid səpini o zaman başa çatmış hesab olunur ki, sahələrdə sıx və sağlam cücərtilər alınmış olsun.  

     Çıxış alınması üçün tədbirlər. Səpindən sonra yağış yağarsa ağır mexaniki tətkibli torpaqlarda qaysaq yarana bilər. Qaysaq cücərtilərin torpaq səthinə çıxmasını ləngidir və bəzən tamamilə məhv edir. Qaysağın dağıdılmasında torpağı yüngül becərən alətlərdən, məsələn rotasiya toxasından, ziqzaq maladan və s. istifadə olunur. Cücərtilərin torpaq səthinə çıxmamış sahələrdə əmələ gələn qaysaq yeni biuraxılan xüsusi qaysaqdağıdan alətlər vasitəsi ilə yaxud ziqzaq mala ilə dağıdılır. Yumşaltma ziqzaq malalarla səpinə köndələn istiqamətdə keçirilməlidir. Bu tədbirlər toxumlarda 1,5-2 sm-lik kökcüklər əmələ gəldiyi və tək-tək cücərtilər göründüyü vaxt aparılır, 1-2 gün ərzində başa çatdırılır. Qaysaq vaxtında dağıdılmadıqda, həddindən artıq quruyur. Belə qaysağı yumşaltmaq üçün yeganə vasitə sahənin suvarılmasıdır. Toxum və cücərtilər qaysaq altında qalıb məhv olduqda sahə malalanmalı və təkrar səpin aparılmalıdır. Cücətilər az, yəni 10 %-dək seyrək olduqda nəm torpağa əl ilə yaxşı isladılmış və azca çərtmiş çiyid basdırılmalıdır ki, sahədə tələb olunan bitki sıxlığı təmin olunsun. Qida və su təminatı zəif olan torpaqların hər hektarında 110-120 min, qida maddələri ilə orta təmin olunmuş sahələrdə 100-110 min və münbit torpaqlarda 90-100 min bitki saxlanılır.   Cərgə arası 60 sm olan əkinlərdə hər 12-15 sm-dən bir, və ya 30 sm-də iki bitki, cərgə arası 90 sm olduqda isə hər 8-10 sm-də bir və ya 20 sm-də iki bitki saxlanılır.

Tirələrə əkin texnologiyası. İstər dəqiq səpin üsulunda, istərsədə adi cətgəvi əkinlərdə Şirvanın ağır mexaniki tərkibli torpaqlarında yağışdan sonra qalın qaysaq əmələ gəlməsi pambıq toxumunun cücərib səthə çıxmasını çətinləşdirir, cavan bitkilərin sonrakı inkişafına mənfi təsir göstərir və bir çox hallarda təkrar səpin aparmaq zərurəti yaranır. Belə ağır mexaniki torpaqlarda vaxtında və sağlam cücərtilər almaq üçün ən etibarlı texnologiya çiyidin tirələrə səpilməsidir. Bu zaman səpindən sonra düşən yağmurun əksər hissəsi şırımlara axır, tirələrdə əmələ gələn qaysaq nazik olur ki, bu da cücərtilərin torpaq səthinə çıxmasına maneçilik törətmir. Tirələr torpağın üst qatının hesabına düzəldiyindən münbit olmaqla normal nəmliyə malik olur və torpaq yaxşı qızır. Tirələrin düzəldilməsi QX-4 tirədüzəldən aqreqatı ilə həyata keçirilir. Payızda cərgəarası 60 sm olan sahələrdə tirənin hündürlüyü 16-18 sm, cərgəarası 90 sm   olan sahələrdə isə 25-30 sm hündürlükdə tirələr düzəldilir, şırımlarla qış və ya yaz aratı aparılır.

     Maraqlıdır ki, çiyidin tirələrə səpin üsulu ilk dəfə respublikamızda 1948-1949-cu illərdə Q.V.Klinevski tərəfindən Şirvan Zona Təcrübə Stansiyasında öyrənilərək müsbət nəticə alınsa da, sonralar Orta Asiya Respublikalarında geniş tətbiq olundu.

Pambıq əkinlərinda cərgəaralarının becərilməsi kultivasiyadan, alaqlardan təmizləmədən və ketmənləmədən ibarətdir.

Kultivasiya. Ən mühüm aqrotexniki tədbirlərdən biri cərgə aralarının yumşaldılmasıdır. Bu tədbir vaxtında aparıldıqda torpağın üst qatı normal nəmlikdə, yumşaq və dənəvər halda qalır, həmçinin kökçürümə xəstəliyinin qarşısı alınır. Torpaqda rütubəti qorumaq, havalanma getməsinə nail olmaq, zərərli duzların səthə çıxması və alaq otlarını məhv etmək məqsədi ilə cərgələrdə cücərtilər görünəndə kultivasiya başlanır. Bu tədbir gecikəndə bitkilərin inkişafı ləngiyir.

   Kultivasiyanın keyfiyyətli işçi orqanlarının daim iti saxlanmasından, düzgün komplektləşdirilməsindən asılıdır.

     60 sm-lik cərgə araları olan əkinlərdə becərmənin en götürümü 40-45, 90 sm-lik əkinlərdə 70-75 sm olmalıdır. Alaqlı sahələrdə birinci kultivasiya zamanı kultivatorun hər qoluna iki ədəd (sağ və sol) disk, iki ədəd yastı kəsici bıçaq (ülgüc), darcərgəli əkinlərdə əlavə olaraq bir, gencərgəli əkinlərdə isə 2 ədəd oxşəkilli (qazayağı) pəncələr bağlanır. Sahələr alaqsızdırsa, birinci kultivasiyadan başlayaraq ensiz yumşaldıcılardan istifadə edilir. Rütubətli torpaq təbəqəsinin üzə şıxmasının qarşısını almaq üçün oxşəkilli pəncələr kiçik yumşaldıcılardan qabaqda yer səthinə perpendikulyar bağlanır. Körpə cücərtilərin üstünün torpaqla örtülməsi üçün birinci kultivasiya zamanı işçi orqanlar sırasına mütləq disk əlavə oılunmalıdır.

     Bitkilərin iki əsas yarpaq dövründə kök sistemi dayazda olur. Ona görə birinci kultivasiya 6-7 sm dərinlikdə çəkilir. Suvarma dövrünə qədərki kultivasiyalar 10-12 sm dərinlikdə aparılır.

     Şırımın dırinliyi cərgəarası 60 sm olan əkinlərdə 12-18 sm, cərgəarası 90 sm olan əkinlərdə 15-20 sm olur.

   Birinci və sonuncu kultivasiyalar traktorun birinci sürətində, qalan becərmələr ikinci sürətində aparılır.

   Alaq olmayan sahələrdə bıçaq, qaysaq olmayan sahələrdə disk bağlamağa ehtiyac qalmır, kultivatorun bütün işçi orqanlarını ensiz yumşaldıcılarla əvəz etmək məsləhətdir.

     Ketmənləmə. Bütün vegetasiya dövrü ərzində pambığın dibi nəm, yumşaq və təmiz olmalıdır. Bu isə kultivasiyadan sonra ketmənləmənin vaxtında və keyfiyyətlə aparılmasından çox asılıdır. Ketmənləmə zamanı bitki ətrafındakı torpaq yumşaldılır, bitki aralarındakı və müdafiə zolağındakı alaqlar məhv edilir. Ketmənləmə 6-8 sm dərinlikdə aparılır. Bu zaman torpağın üst qatını alta çevirmək, yaxud ketmənlə çökəklıklərin yaranmasına yol veriolməməli , torpağın səthi hamar olmalıdır.

     Kultivasiya və ketmənləmə vegetasiya suvarmalarından 3-4 gün sonra torpağın fiziki yetişkənliyi zamanı aparılmalıdır.

   Birinci becərmə may ayının 15-20-dək, ikinci becərmə iyun ayının 5-10-dək birinci vegetasiya suvarması başlanana qədər aparılmalıdır. Sonrakı becərmələr suvarma ilə əlaqələndirilir.

     Gübrələmə. Pambıq uzun vegetasiyalı bitkidir. O çoxlu yerüstü kütlə əmələ gətirməklə, torpaqdan bioloji yolla xeyli qida maddəsi alır. 1 ton xam pambığın əmələ gəlməsi üçün   60 kq azot, 20 kq fosfor və 50 kq kalium tələb olunur. Bitki düzgün qidalandıqda, onun vegetativ kütləsi ilə məhsulun bir-birinə nisbəti təxminən 1:1 kimi olur. Daha dəqiq desək məhsul bitkinin ümumi kütləsinin 40-45 faizini təşkil etməlidir.

Gübrələrin pambığın məhsuldarlığına və mahlicın texnoloji xüsusiyyətlərinə təsiri onun dozasından, verilmə vaxtından, onların bir-birinə olan nisbətindən asılıdır.

   Elmi tədqiqatlar və qabaqcıl təcrübələrə əsasən ümumi dozada azot, fosfor və kaliumun nisbətinin 1:0,8:0,3 olması məqsədəuyğun sayılır. Sələf bitkisi yonca olduqda birinci il bu nisbət 1:1,5:0,3 götürülməlidir.

     Sahəyə verilən gübrələrin normalarını hesablayarkən torpaqda qida maddələrinin miqdarını (təbii münbitlik) və planlaşdırılan məhsuldarlıq nəzərə alınmalıdır.

     Fosfor və kalium gübrələrin normasını müəyyən edərkən torpaqda mənimsənilə bilən qida maddəlrinin miqdarı, pambıq bitkisinin torpaqdan və gübrələrdən istifadə əmsalı nəzərə alınmaqla hesablanır. Azot norması torpaqda ümümi azotun miqdarı, bitkinin gübrədən istifadə əmsalı, elmi tədqiqatların nəticələri və qabaqcıl təcrübələrə əsasən müəyyən edilir.

     Fosfor və kalium gübrələri şum altına, gübrə norması çox olarsa 80 faizi şum altına, 20 faizi səpinlə və ya yemləmə kimi verilməlidir.

   Azot gübrəsinin normasından səpinlə birlikdə 100 kq, qalan hissəsini isə 2 dəfəyə qönçələmə fazasına qədər yemləmə şəkilində verilir. Azotla yemləmə çiçək görünənə qədər başa çatdırılmalıdır.

     Pambığın becərilməsinin minimallaşdırılması. Bu texnolgiyada torpağın hazırlanması və pambığın cərgəarası becərilməsində tam komplektləşdirilmiş aqreqatın bir gedişində bir neçə texnoloji əməliyyatı birləşdirilir.

     Əsas şum qaldırılarkən ikilaylı kotanın üzərində quraşdırılan gübrəsəpən, ziqzaq mala və iki ədəd şırımaçanla komplektləşdiriləndə traktorun bir gedişində dörd əməliyyat yerinə yetirilir. Fosfor və kalium gübrələrinin verilməsi, şum aparılmış sahələrin malalanması və şırımların açılması bir vaxtda aparılır.

     Səpinin aparılması azot gübrəsinin verilməsi ilə, yemləmə, suvarma şırımlarının açılması və ziyanvericilərə qarşı mübarizə aparılarsa ucvurma ilə birlikdə həyata keçirilir.

     Bu texnologiyada tarlada traktorun gedişinin miqdarı 19-dan 9-a qədər azalır, yanacağa qənaət olunur,   torpağın bərkiməsinin qarşısı alınır və əlverişli su-fiziki xassənin saxlanması hesabına pambığın məhsuldarlığı artır, maya dəyəri aşağı düşür.

     Vegetasiya suvarmaları. Yüksək pambıq məhsulu yetişdirmək üçün aqrotexniki tədbirlər kompleksində vegetesiya suvarmaları həlledici rol oynayır. Pambıq əkinlərində suvarılmanın tez-tez və çox su norması ilə aparılması, habelə gecikdirilməsi eyni dərəcədə zərərlidir. Tez-tez və çox su norması ilə suvarma bitkilərin kökü yerləşən torpaq qatından qida elementlərinin yuyulmasına, torpaqda həddinən artıq rütubət yaranmasına, qozaların açılması və məhsulun yetişməsinin ləngiməsinə səbəb olur.

   Suvarma gecikəndə pambığın böyümə və inkişafı ləngiyir, bar elementlərinin tökülməsi artır, məhsuldarlıq azalır. Bu isə elə nizamlanmalıdır ki, pambıq bitkiləri bütün vegetasiya dövründə su ilə normal təmin olunsun.

   Suya tələbatına görə pambıq bitkisinin vegetasiya dövrü üç mərhələyə bölünür: çiçəkləməyə qədər, çiçəkləmə- barəmələgəlməyə qədər, qozaların açılması-yetişməyə qədər.

     Mexaniki tərkibi nisbətən yüngül, torpaq qatı dayaz   və qurunt suyunun səviyyəsi dərin olan torpaqlarda pambıq bikisini tez-tez suvarmaq, suvarmaları erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlarda çiçəkləməyədək 1-2, çiçıəkləmə və barəmələgəlməyədək 3-4 dəfə suvarma aparılmalıdır.

     Rütubət tutumu yüksık olan ağır mexaniki tərkibli, qalın torpaq qatına malik sahələrdə pambıq nisbətən az suvarılır, həm də suvarmalara bir qədər gec başlamaq və yüngül torpaqlara nisbətən tez başa çatdırmaq lazımdır.  

     Çiçıəkləmə-barəmələgəlmə dövründə pambıq bitkisinin suya tələbatı artır. Bu zaman pambıq bitkisi kifayət qədər su ilə təmin olunmazsa, bar orqanlarının tökülməsinə,   qozaların sayının və çəkisinin az olmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

     Vegetasiya suvarmalarında torpağın su ilə islanma dərinliyi vegetasiyanın əvvəli və axırında (çiçəkləməyədək və yetişmə mərhələsində) 50 sm, vegetasiyanın orta mərhələsində (çiçəkləmə, qoza əmələgəlmə) ən çoxu 1 metr olmalıdır.

     Suvarma norması vegetasiyanın başlanmasından çiçəkləmə-bar əmələgəlmə dövrünədək artırılır, yetişməni sürətləndirmək məqsədi ilə vegetasiyanın axırında bir qədər azaldılır.

     Suvarma norması quruyan torpaq qatının dərinliyinə və torpağın mexaniki tərkibindən asılı olan rütubət tutumuna uyğun müəyyən edilir. Yüngül mexaniki tərkibli torpaqlarda suvarma norması 700-800 kub metr, ağır mexaniki tərkibli torpaqlarda isə 900-1000 kub metr götürülür.

     Yalnız düzgün suvarma rejimində bitkilərin kök sistemi torpağın üst və dərin qatlarında mütənasib yerləşir, kolun boyu çox hündür olmayıb buğum araları qısa, yaxşı bar verən və tez yetişən olur. Adətən birinci vegetasiya suvarmasına iyun ayının ikinci yarısından başlayır.

Pambığın xəstəlik və zərərvericilərinə qarşı mübarizə. Azərbaycanda pambıq bitkisinə vilt, hommoz və kökçürümə kimi xəstəliklər, payızliq sovka, pambıq sovkası, hörümçək gənəciyi, mənənə, trips və s. zərərvericilər ziyan vurur.

   Toxumluq çiyid pambıq zavodlarında hommoz, kökçürümə xəstəkiklərinə, mənənə və trips ziyanvericilərinə qarşı mübarizə məqsədi ilə müasir kimyəvi preparatlarla dərmanlanır.

     Vilt xəstəliyinin törədiciləri verticillium dahliae Kleb. və Fusarium oxyusporum f. vasinfectum göbələkləridir. Xəstəlik başlayanda yarpaqlarda sarimtıl ləkələr görünür, bu ləkələr çoxalaraq tündləşir və yarpaq quruyur, bəzən bitki tamam çılpaqlaşır, üzərindəki qozalar quruyaraq vaxtından qabaq açır. Viltə tutulmuş pambıqda əsas gövdə və budaqların oduncağı adətən qonurlaşır.

     Pambıq bitkilərinin vilt xəstıliyinə qarşı davamlılığını artırmaq üçün əlavə yemləmə kimi kalium gübrəsinin verilməsi (50 kq/hek) faydalıdır. Qönçələmə fazasında hər hektara karbamidin 5 %-li məhlulunun çilənməsi bitkinin xəstəliyə davamlılığını xeyli artırır. Pambiq-yonca növbəli əkinlərinin tətbiqi, viltlə sirayətlənmiş sahənin məhsulu yığıldiqdan sonra pambiq çöpləri kökündən çıxarılaraq sahədən kənarlaşdırılması   vilt xəstəliyi ilə mübarizədə ən səmərəli üsulladandır.

     Kökçürümə pambıqda göbələk xəsrəliklərinin ən qorxulularından biridir. Bu xəstəliyi Rizoktonia Saleni və fuzarium göbələkləri törədirYaz soyuq və yağmurlu keçəndə, xüsusu ilə qrunt suyu səthə yaxın olan ağır mexaniki tərkibli torpaqlarda bu xətəlik pambıq əkinlərinə daha çox ziyan vuraraq toxumların çürüməsinə, eləcədə körpə cücərtilərdən tutmuş, 6-7 əsl yarpaqlı bitkilərə sirayətlənir. Torpağın səpinə pis hazırlanması, sahənin qaysaq bağlaması, toxumun dərinə basdırılması, toxumda mexaniki zədələrin çox olması da kökçürümənin əmələ gəlməsinə əlverişli şərait yaradır. Bu xəstəlik nəticəsində sahədə bəzən elə seyrəklik yaranır ki, təkrar səpin aparılması qaçılmaz olur.

     Bu xəstəliyə qarşı mübarizədə toxumların kökçürüməyə qarşı dərmanlanması, torpaq qaysağının vaxtında dağıdılması və cücərtilərin seyrəldilməsi səmərəli aqrotexniki üsullardır.      

     Pambıq sovkası pambığın ən qorxulu ziyanvericilərin biridir. Pambığa onun 1-ci və 2-ci nəsli ziyan vurur. 3-cü nəslin inkişafı sentyabr ayına düşür ki, bu zaman artıq məhsul yığılır. Pambıq sovkasının yumurta tökməsinin müddətləri, tırtılların əmələ gəlməsi, sovkanın yayıldığı sahələri müəyyən etmək məqsədilə feremon tutucularından istifadə edilir. Feremon tutucuları həm müşahidə, həm də mübarizə vasitəsidir. Hər hektar pambıq sahəsinə 2 feremon tutucusu qoymaq kifayətdir. Sovkanın 1-ci nəslində hər tutucuya 3 gün müddətində 35-40, ikinci nəslində isə 45-50 erkək kəpənək düşərsə, mübarizə işlərinə başlanır.

     Sovkanın 1-ci nəslinə qarşı hər 100 bitkidə 5-6 kiçik yaşlı tırtıl və 10-15 yumurta, yaxud 20-25 zədələnmiş qonçə, 2-ci nəslinə qarşı isə 10-12 kiçik və orta yaşıl tırtıl və 25-30 yumurta, yaxud 35-40 zədələnmiş qönçə olduqda kimyəvi mübarizəyə başlanır. Kimyəvi mübarizədə karate (1,0 l/hek), sumi-alfa (0,3 l/hek), arrivo (0,15 l/hek), desis (0,7 l/hek), sumisidin (0,2 l/hek) və s. preparatlardan istifadə edilir.

     Hörümçək gənəciyi  Ziyanverici yarpağın və çiçəkyanlıqlarının alt tərəfindən şirə sormaqla qidalanır, onların fizioloji funksiyalarını pozur. Bu da bitkilərin boyatmasını kəskin zəiflədir və az miqdarda qoza əmələ gəlməsi ilə nəticələnir. Zədələnmiş yarpaqlar, sonra isə qönçələr və qozalar tökülür, bitki bütün çılpaqlaşır. Hörümçək gənəciyi sürətlə çoxalmaq qabiliyyətinə malik olduğundan mövsüm ərzində 15-17-dək nəsl verir. Hörümçək gənəciyinin sürətlə yayılmasını nəzərə alaraq ayrı-ayrı bitkilər üzərində müşahidə edilərkən ona qarşı mübarizə dərhal başlamaq lazımdır. Bu ziyanvericiyə qarşı kimyəvi mübarizədə Bİ-58 (roqor) (0,8-1,0 l/hek) və omayt 2,5-3,0 l/hek) preparatı səmərəlidir.

       Mənənələr pambıq əkinlərinə alaq otlarından keçirlər. Zədələnmiş pambıq yarpağı formasını dəyişir, qıvrılır, cavan bitkilərin boy atması və inkişafı zəifləyir, qönşə və çiçəklər tökülür. Mənənə ildə 12-15 nəsil verir.

     Trips əsasən pambıq bitkilərini qönçələmə fazasına qədər zədələyir, bu zaman yarpağın alt tərəfi açıq gümüşü ləkələrlə örtülür, yarpaqlar böyüdükcə üzərində çatlar, yaxud kənarlarında ulduzabənzər deşiklər əmələ gəlir. Boy nöqtəsi zədələnmiş bitkinin çoxu məhv olur, bəziləri isə haçalanma verir, ləng inkişaf edir. Trips ildə 6-8 nəsl verir.

     Mənənə və tripsə qarşı Bİ-58 (0,8-1,0 l/hek) və omayt (2,5-3,0 l/hek) prepatatlarından istifadə edilir.

     Pambıq ziyanvericinə qarşı mübarizədə əsas diqqət aqrotexniki və bioloji üsullara yönəldilməlidir. Ətraf mühütün qorunması məqsədi ilə biolaboratoriyalarda buraxılan trixoqram, habrabrokon, qızılgöz, anilasta və s. faydalı həşəratlardan geniş istifadə edilərsə kimyəvi mübarizəni minimuma endirmək mümkün olar.

     Ucvurma pambığın məhsuldarlığının artırilması üçün tətbiq edilən əsas aqrotexniki tədbirlərdən biridir. Bu tədbir qönçələrin, çiçəklərin və bar orqanlarının həddən çox tökülməsinin qarşısınə alır, əsas gövdənin və boy budaqlarının inkişafının dayandırır, onlara sərf olunacaq qida maddələri bar orqanları tərəfindən mənimsənilir, onların güclü inkişafına, məhsulun tez yetişməsinə, məhsuldarlığın artmasına səbəb olur.

   Ucvurma yalnız vaxtında aparıldıqda yüksək səmərə verir. Bioloji inkişaf baxımından münbit torpaqlarda güclü inkişaf edən sahələrdə hər bitkidə 15-17, orta münbit torpaqlarda bitkilər yaxşı inkişaf edən sahələrdə hər kolda 12-14, zəif   inkişaf etmiş bitkilərdə 10-12 bar budağı olduqda ucvurma aparılır. Təqvimə görə bu tədbir təqribən iyulun 20-dən avqustun 10-dək olan müddətə düşür.

     Ucvurma əl ilə, mexaniki və kimyəvi üsulla aparılır. Bitkilərin əsas gövdəsinin ucu ÇBX-4 markalı ucvuran qurğu ilə 3-4 sm kəsilir, əl ilə isə 1-2 sm qoparılır. Pambıq kolları çox şaxələnərsə yan budaqların da ucu vurulur.

   Ucvurmada kimyəvi üsul daha səmərəlidir. Bu məqsədlə piks, tur, mikvat-xlorid və s preparatlardan istifadə etdikdə bitkilərin istər əsas, istərsə də yan budaqlarının böyüməsi bərabər nizamlanır, bar budaqları daha tez inkişaf edir.

     Pambığın yığılması əl ilə yaxud maşınla həyata keçirilir. Hər iki halda yığıma 6-7 həftə qalmış müvafiq qaydada hazirlıq işləri görülməlidir. Əl ilə və maşınla yığılacaq sahələr müəyyənləşdirilməlidir.

Əl ilə yığım qısa müddətə, yəni 50-60 günə başa çatdırmaq üçün hesablanmış işçi qüvvəsi ilə təmin olunmalıdır. Əl ilə yığıma hər kolda ən azı 4 qoza açıldıda başlamaq lazımdır.

     Məhsulu maşınla yığılacaq sahələrdə aqrotexniki tədbirlərin xüsusiyyəti, axırıncı vegetasiya suvarması, sonuncu kultivasiya zamanı bu nəzərə alınmalıdır. Axııncı kultivasiyada cərgəaralarına dərin şırım çəkilməlidir. Ucvurma, alaqların sonuncu dəfə təmizlənməsi və defolyasiyanın keyfiyyətli aparılması nəzərə alınmalıdır. Maşınla birinci yığıma qozaların 55-60 %-i açıldıqda, ikinci yığıma əlavə olaraq qozaların 20-30 %-i açıldıqda başlamaq lazımdır. Əks halda yetişməmiş qozaların əzilməsi, yerə tökülməsi xeyli məhsul itkisi ilə müşahidə olunur.

     Maşınla yığıma başlamağa 1-2 gün qalmış 8 mertdən az olmayaraq dönmə zolaqları hazırlanır. Açılmış qozalar əl ilə yığıldiqdan sonra pambiq kolları çıxarılaraq və sahədən kənara daşınır. Donmə zolaqlarının yeri qreyderlə hamarlanır.

     Toxumluq pambığı aprobasiya nəticəsində müəyyən olunmuş sahələrdən yığılmalıdır. Pambıq bitkisində bar orqanları fasiləlıərlə uzun müddətə yetişdiyini və onların çiyidlərinin toxumluq keyfiyyəti müxtəlif olduğunu nəzərə alaraq kolun aşağı və orta hissələrində 5-6 qoza açılarkən başlamaq lazımdır.

   Toxumluq pambıq faraş yetişən tam keyfiyyətli qozalardan toplanmalı, bar budaqlarının uclarında yetişən toxumluq keyfiyyəti nisbətən aşağı olan qozalardan toplanan xam pambıq fartukların əlavə ciblərinə yığımalı və onun əsas məhsula qarışmasına yol verilməməlidir.

Pambiq istehsalında texnoloji xəritə üzrə görülən işlərin təsnifatı

 

ÖLKƏMIZDƏ HEYVANDARLIĞIN INKIŞAF YOLLARI                  

Ana təbiət Respublikamızdan heç nəyi əsirgəməyib . Münbit torpaq, sağlam iqlim, zəngin bitki örtüyü, növbənöv heyvanat aləmi... Çox yerdə buna həsəd aparırlar. Belə ki, Azərbaycanda müxtəlif inək cinsləri , camış, Zebu malı, dəvə, at, qoyun və keçi cinsləri vardır.

Lakin respublikamızda bu qədər heyvan cinslərinin olmasına baxmayaraq yerlərdə heyvanların saxlanılması, bəslənilməsi, yetişdirilməsi , mayalandırılması zoobaydar qaydalarına əməl olunmadan kortəbii surətdə aparılır ki, bu da öz növbəsində heyvanların cins tərkibininin itirilməsinə, ət, süd, yun və digər heyvandarlıq məhsullarının azaldılmasına gətirib çıxarır.

Ona görədə ölkəmizdə heyvandarlığı inkişaf etdirmək üçün mütləq Dövlət, kəndli- fermer və digər heyvandarlıqla məşqul olan təəsərrüfatların inkişaf etdirilməsini Dövlət səviyyəsində təşkil etmək lazımdır. Çünki insanların maddi rifah halının yaxşılaşdırılmasında heyvandarlıq məhsullarının əvəz edilməz qida kimi böyük əhəmiyyəti vardır. Odur ki, əhalinin heyvandarlıq məhsullarına olan və günü-gündən artan təlabatının ödənilməsində kəndli-fermer təsərrüfatlarının rolu çox böyükdür. 

Dövlər və kəndli-fermer təsərrüfatlarında heyvandarlığı inkişaf etdirmək üçün vacib olan şərtlər aşağıdakılardır:


1. Möhkəm yem bazası yartmaq
2. Heyvanların cins tərkibini yaxşılaşdırmaq, seçmə və seleksiya yolu ilə (yerli, mələz) yüksək məhsuldar inək və düyələri seçib saxlamaq
3. Yüksək məhsuldar cins törədicilərdən səmərəli istifadə etmək.
4. Bölgələrdə damazlıq və sünii mayalanma işlərini qaydaya salmaq.
5. Hər bir bölgənin iqlim şəraitinə uyğun cinslərdən istifadə etmək .
6. Heyvandarlıqda zootexniki uçot-hesabat işlərini təşkil etmək.
7. Mal-qaranı tələb olunan qədər ferma binalrı ilə təmin etmək.
8. Mal-qaranın yemlənməsini, bəslənməsini və saxlanmasını zootexniki qayda da təşkil etmək.
9. Az məhsuldar, a-normal eksteryer qurluşlu, qoca və çıxdaş heyvanların kökəldilərək ət üçün kəsilməsini təşkil etmək. 
10.Cavan heyvanların intensiv yetişdirilməsi və düyələrin 18-20 aylığında cütləşmə çəkisinə çatdırılmasını, erkək malın həmin yaşda yüksək çəkidə ət istehsalı üçün kəsilməsini və bu yolla naxırda inək və camışların xüsusi çəkisinin artırılmasını təşkil etmək. Düyələrin 18-20 aylığında mayalanmasını təşkil etməklə 2-yaşından yuxarı düyələr arasında qısırlığı ləğv etmək.
11.Cavan heyvanların intensiv yetişidirilməsini(yemlənməsini, bəslənməsini və saxlanmasını)
təşkil etmək. Maksimum orta sutkalıq çəki artımı əldə etmək və bu yolla da kökəldilməyə qoyulmuş mal-qaranın kökəltmə müddətini qısaltmaqla ətlik üçün ağır çəkidə heyvanların satılmasını təşkil etmək.
12. Boğaz inək, camış və düyələrin zootexniki qayda da saxlanmasını, bəsləməsini və xüsusi yem rasionu əsasında ayrı-ayrı (qrup şəklində) yemlənməsini təşkil etmək
13. Doğulan buzov və balaqların zootexniki qayda da ağız südü ilə tam mayalandırılmasını, zootexniki rasion əsasında düzgün yemləndirilməsini və xüsusi tikilmiş normal temperaturası olan işıqlı, rütubəti olmayan buzovluqlarda saxlanmasını təşkil etmək
14. Doğumu gözlənilən boğaz inək, camış və düyələrin doğum şöbələrində nəzarət altında yemlənərək saxlanmasını təşkil etmək.
15. Ərazisində gölməçəlilik, qamışlıq, meşəlik və.s olan xüsusən Kür-Araz ovalığında camışçılığı inkişaf etdirmək.
16. Heyvandarlıqla məşqul olan dövlət, kəndli-fermer və.s. təsərrüfatlarında zootexniki uçot-hesabat işlərinin aparılmsını təşkil etmək.
17. Heyvandarlıqla məşqul olan iri dövlət, kəndli-fermer təsərrüfatlarında sağmal inək və camışların yemlənməsini, bəslənməsinivə sağalmasını zootexniki qayda da təşkil etmək. Sağlam südün dəqiq uçota alınmaını, onun laboratoriyada yağ faizinin yoxlanmasını və uçotunun hər gün aparılmasını yerlərdə qaydaya salmaq. Südün yağlılığ faizini təyin etmək üçün süd labarotoriyalarının olmasını təşkil etmək.
18. İri Dövlət və kəndli-fermer süd əmtəə fermalarında süd blokundan və süd soyuducularından istifadə etmək. 
19. İri cins süd əmtəə Dövlət, kəndli-fermer təsərrüfatlarında sünii mayalanma işini və sünii yolla mayalandırılmış inəklərin gündəlik uçotunun düzgün aparılmasını təşkil etmək
20. Bağlı-tövlə şəraitində saxlanılan bütün cins və yaş quruplarından olan mal-qaranın hər gün ən azı 3-4 saat gəzintiyə buraxılmasını və bu zaman hövrə gələn inək, camış və düyələrin seçilərək mayalandırılmasını təşkil etmək. Mayalanma zamanı yüksək keyfiyyətli cins törədicilərdən və ya onların toxumundan istifadə etmək. (Əgər mal-qara müntəzəm olaraq gəzintiyə buraxılmazsa bu zaman heyvan tədricən öz məhsuldarlığını itirir və zəifləyir. Bunun nəticəsində də doğum çətin olur, doğum zamanı balalıq çölə çıxır)
21. Ana inək və camışların boğazlığını mayalanmanın 60-62-ci günündə rektal müayinə vasitəsi ilə yoxlamaq. Əgər inək və camışlarda serviz dövrü uzanarsa bu zaman həmin heyvanlara baytar müayinəsindən keçməli, müalicə olunmalı və səbəbi aydınlaşdırılmalıdır.
22. İnək və camışların doğduqdan maksimum 48 gün sonra mayalandırılmasını təşkil etmək və bu yolla da inək və camışlar arasında qısırlığı həll etmək .


23. İnək, camış və düyələrin istər süni, istərsə də təbii yolla mayalandırılmasının və eləcə də rektal müayinə edilməsinin uçotunu dəqiq aparmaq lazımdır.
24. Mal-qara arasında hər il epizotik plan əsasında bütün baytar proflaktiki tədbirləri həyata keçirmək və bu yolla heyvanlar arasında yolxucu xəstəliklərin qarşısını almaq.
25. Mal- qara arasında brüsselyoz, vərəm və s. yolxucu xəstəliklərə tutulmuş heyvanları təsərrüfatdan çıxarmaq lazımdır. 
26. Terapevtiki xəstə heyvanları ayrıca izalyatorda saxlayaraq müalicəsinin tam kurs şəklində xəstə heyvan sağalanadək həyata keçirmək lazımdır. 
27. Fermalarda buzovlar arasında dəmrov xəstəliyini müalicə yolu ilə ləğv etmək. Bunun üçün körpə buzov saxlanan damlar işıqlı və quru olmalıdır. Buzovlar tam vitaminli yemlərlə yemləndirlməlidir. Bütün ferma binaları və eləcə də buzovluqlar vaxtaşırı dezinfeksiya olunmalıdr. Dəmrovla xəstələnmiş buzovlar- sağlam buzovlardan ayrılaraq ayrıca izalyotorda saxlanılmalıdır.
28. Təsərrüfatda mal-qaranı təlabatına görə yonca, qarğıdalı soya, yem noxudu, günəbaxan, raps, xəsil, yem cuğunduru, yem qabağı və s. Yem bitkiləri əkilməlidir. Yoncalıqlar isə hər il fevral ayında təmir olunmalı, sahələrə kübrə və peyin verilməlidir. Əkilmiş yem bitkilərinə lazımı aqro texniki xidmət göstərilməlidir. 
29. Silos üçün əkilmiş qarğıdalı sahələrində bitkiyə lazımı arqotexniki qulluq etməklə hər hektarda məhsuldarlığı maksimum həddə çatdırmaq lazımdır.
30. Senaj və silosun keyfiyətli basdırılmasına nəzarəti gücləndirmək, qarğıdalı silos üçün sütül-mum yetişgənliyi dövründə biçilərək basdırılmalıdır.
31.Yoncalıqların vaxtında biçilməsini, otun keyfiyyətli yığılmasını, sahələrin vaxtında aqrotexniki qayda da yonca sahələrinin il ərzində minimum 4-5 dəfə biçilməsini təşkil etmək lazımdır.
32. Təsərrüfatlarda mal-qaranın tələbatına görə müxtəlif yemlər tədarük edilməlidir. 
33. yemlərin qidalılıq dəyərini yüksəltmək üçün kimyəvi peraparatlardan da istifadə etmək lazımdır.
34. Tədarük olunmuş yemlərin keyfiyyətinin vaxtaşırı labarotoriya da yoxlanılmasını təşkil etmək . Ot və küləş taylarının lazımı qayda da saxlanılmasına xüsusi diqqət yetirmək lazımdır
35. Yem tədarükü zamanı itgiyə yol verməmək və iş vaxtından səmərəli istifadə etmək lazımdır. Tədarük edilmiş yemlər gündəlik uçota alınmalıdır.
36. Yemləri mal-qaraya yedizdirərkən itkiyə yol verməmək və yemlərdən səmərəli istifadə etmək lazımdır.
37. Mövcud yem sexlərinin və yem mətbəxlərinin gücündən maksimum dərəcədə istifadə etmək lazımdır.
38. Mal-qaraya qaba yemlərin (xüsusilə küləşin) doğranaraq verilməsini təşkil etmək və küləşin sexlərdə pörtlədilməsini, əhənglə işlənməsini və müxtəlif yem qarışıqlarının hazırlanmasına diqqət yetirmək lazımdır.
39. Yemlərin mal-qaraya cins və yaş qrupları üzrə rasion əsasında yedizdirilməsini təşkil etmək lazımdır. Az yem məsarif etməklə maksimum məhsul alınmasına nail olmaq lazımdır.


40. Bütün fermaların yaxınlaığında xəsilliklərin əkilməsini mütləq təşkil etmək ( körpə və xəstə, zəif heyvanların otarılmasını nəzərə alaraq) lazımdır.
41. Qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə yüksək keyfiyyətli və çox məhsuldar törədici qoçlardan istifadə etməklə qoyunların mayalandırılmsını qısa müddətdə başa çatdırmaq lazımdır. Bu yolla da döl kampasniyasının qısa müddətdə başa çatmasını təşkil etmək lazımdır.
42. Çıxdaş, anormal eksteryer qurluşlu, qoca və.s. az məhsuldar qoyunları sürüdən seçib kökəldilməyə qoyub, kökəldikdən sonra ətlik kimi satılmasını təşkil etmək. Bu yolla da qoyunçuluğun inkişafına diqqəti artırmaq və damazlıq-seleksiya işindən qoyunçuluqda da istifadə etmək lazımdır
43. Qoyunçuluq fermalarında təcrübəli çobanlardan istifadə etmək lazımdır.
44. Sürülərdə bölgələrə uyğun möhkəm konistitutsiya tipli törədici qoçlardan istifadə olunması məsləhət görülür və bu yolla da sürülərin sağlamlığını təmin etmək mümkündür.
45. Köçəri qoyunçuluqda sürülərin yaylağa və istərsədə qışlağa köçürülməsi zamanı çoban ailələrinə və çobanlara lazımı köməkliklər göstırilməlidir ki, köçürülmə zamanı sürülərin dincələ-dincələ (otlaya-otlaya) yaylağa və eləcədə qışlağa köçürülməsini lazımı səviyyədə təşkil etmək lazımdır.
46. Dövlət və kəndli-fermer təsərüffatlarında qoyunçuluğun inkişafına, cins tərkibinin yaxşılaşdırılmasına, qoyunların zootexniki qayda da düzgün yemləndirilməsinə, bəslənməsinə və saxlanmasına xüsusi diqqət verilməlidir.
47. Qışlaqların yaxşılaşdırılmasını, mədəni otların, xəsilliklərin əkilməsini, örüşlərin kol-kos və. s. yun zibilləyicilərindən təmizlənməsini təşkil etmək lazımdır.
48. Hər il qırxım kampaniyası qabağı Dövlət və kəndli-fermer təsərrüfatlarının qoyunçuluqla məşqul olan işçilərlə (mütəxəsislərlə)yunçuluğa dair qısa müddətli seminar-müşavirələr keçirərək onları yunçuluğa dair təlimatlandırmaq lazımdır.
49. Qırxımqabağı qoyunların sanitar baxışından keçirilməsini və onların şaqqıldaqdan təmizlənməsini təşkil etmək lazımdır.
50. Sürülərdə olan zərif və yarım zərif yunlu qoyunların ildə bir dəfə (yalnız yazda) qırxılmasını təşkil etmək vacibdir.